Amerikalı senator: Azərbaycan, Ermənistan və digər regional dövlətlər TRIPP layihəsindən faydalanacaq
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Vaşinqton, 23 oktyabr, AZƏRTAC
Ata Corc Buşdan indiyədək Amerika Birləşmiş Ştatlarının (ABŞ) hər bir Prezidenti Ermənistanla Azərbaycan arasında münaqişənin həllini tapmaq üçün sülh təşəbbüslərini irəli sürdü, lakin hamısı uğursuz oldu.
AZƏRTAC-ın məlumatına görə, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Dayns Vaşinqtonda “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bəziləri lazımi şəkildə resurs təqdim etməyib və ya prioritet hesab olunmayıb, digərləri isə buna nail ola bilməyiblər. “Bu Tramp administrasiyasının Cənubi Qafqazda sülh əldə etməyi prioritet hesab etdiyi bir vaxtda baş verdi. Həm Ermənistan, həm də Azərbaycan ABŞ-la unikal tərəfdaşlıq şəraitində müstəqil gələcəyə doğru üz tutdu. Deməliyəm ki, Stiv Uitkofun komandası dərhal bu müqavilənin ən çətin məsələlərini həll etməyə başladı. Amerikalı danışıqçılar “Tramp marşrutu” innovativ konsepsiyası ilə çıxış etdilər. TRIPP layihəsi Azərbaycanı Naxçıvanla birləşdirəcək, eyni zamanda, yeni bir ticarət yolu yaradacaq. Təbii ki, Azərbaycan, Ermənistan və digər regional dövlətlər bundan faydalanacaq”,- deyə senator əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 23 Oktyabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















