Icma.az
close
up
RU
Tramp Azərbaycanın bu razılaşmaya qoşulmasını istəyir

Tramp Azərbaycanın bu razılaşmaya qoşulmasını istəyir

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

"Qazaxıstan Prezidenti Qasım-Comart Tokayevin amerikalı həmkarı Donald Trampla Vaşinqtonda görüşündən sonra ölkəsinin İsrail ilə müsəlman ölkələri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim Razılaşmaları”na qoşulacağını elan etməsi Türk Dövlət Təşkilatı üçün və ya Astananın Ankara ilə münasibətlərində problem yaradacağını zənn etmirəm. Türk Dövlət Təşkilatı üzv ölkələr arasında sıx işbirliyini və ortaq layihələrin reallaşmasını nəzərdə tutsa da, bu hər bir üzvün müstəqil xarici siyasət yürütmə hüququnu əlindən almır".

Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə Türkiyənin İsraillə münasibətləri gərgindirsə, bu o demək deyil ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tamamının İsraillə münasibətləri gərgin olmalıdır: "Fikrimcə, heç Ankaranın da müttəfiqlərindən belə bir tələbi yoxdur. Doğrudur, Türkiyədəki bəzi dairələr Azərbaycanın İsraillə tərəfdaşlıq münasibətlərini mənfi qiymətləndirirlər, ancaq rəsmi Ankara Bakının ünvanına heç zaman “Siz də İsraillə münasibətlərinizə yenidən baxın” tələbini səsləndirməyib. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda Azərbaycan və Türkiyə hərbi texnikası ilə yanaşı İsrailə məxsus raket komplekslərini də müşahidə edib. Qazaxıstan da İsrailə hərbi texnikasına maraq göstərir".

Politoloq vurğulayıb ki, Donald Tramp Qazaxıstanla yanaşı Mərkəzi Asiyanın digər dövlətlərinin, o cümlədən Azərbaycanın da “İbrahim razılaşmalarına” qoşulmasını istəyir:

"Ancaq Tramp bu dövlətlərdən hələ razılıq almayıb. Əks halda Vaşinqtonda Trampla Mərkəzi Asiya liderlərinin 5+1 formatında görüşündən sonra Qazaxıstanla yanaşı Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan liderləri də “İbrahim razılaşmalarına” qoşulalacaqlarını elan edərdilər. Mümkündür ki, digər dövlətlər bu təklifi analiz edirlər. Azərbaycanın özü də “İbrahim razılşamnasına” qoşulmağa tələsmir. Çünki, Azərbaycanın onsuz da İsraillə tərəfdaşlıq münasibətləri mövcuddur. Qazaxıstanın da Azərbaycan kimi İsraillə sıx tərəfdaşlıq münasibətləri var. Bəs onda Astana nədən “İbrahim razılaşamalasına” qoşulmağa ehtiyac duyub? Görünür, Astana Ağ Ev sahibinin istəyini yerinə yetirməklə ABŞ-ın Mərkəzi Asiyanın digər dövlətləri ilə yanaşı Qazaxıstana daha çox üstünlük verəcəyini düşünür. Bu Astana üçün əhəmiyyətlidir. Astana Vaşinqtonla münasibətlərini daha üst səviyyəyə qaldırmaqla Moskva və Pekindən siyasi və iqtisadi asılılığını azaltmağı hədəfləyir"./teleqraf

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Noyabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri