Icma.az
close
up
RU
Tramp Bakını hədəfə alan qəzetlə bağlı qərar verdi: O yazını kim sifariş edib? KONKRET

Tramp Bakını hədəfə alan qəzetlə bağlı qərar verdi: O yazını kim sifariş edib? KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın qərarı ilə dünyaca nüfuzlu “Politico” nəşrinin maliyyələşməsinin dayandırıldığı haqda məlumatlar yayılıb. Səbəb kimi qəzetin Trampı tənqid etməsi, onun rəqiblərinə dəstək verməsi göstərilir.

Bəzi ekspertlər yeni administrasiyanın son qərarlarını ABŞ-ın sürətlə avtoritarizmə meyillənməsi kimi dəyərləndirirlər. Vaşinqtonun həmçinin BMT-nin İnsan Hüquqları Şurasından çıxması və USAİD-in fəaliyyətinin məhdudlaşdırması bəzi siyasi dairələrdə narahatlığı artırıb.

Amerika demokratiyadan uzaqlaşa bilərmi? Bu proseslərin dünyanın ən qüdrətli hesab olunan ölkəsini zəiflətməsi, parçalaması mümkündürmü?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Tramp inaqurasiya mərasimindən sonra kəskin açıqlamaları və gözlənilməz addımları ilə diqqət çəkir:

“Maraqlı digər bir məqam isə Trampın mediaya münasibətdə sərgilədiyi mövqedir. Belə ki, o, bundan öncəki hakimiyyəti dövründə və sonrakı müddətdə əleyhinə sifarişli yazılar yazan media subyektləri, o cümlədən sosial şəbəkə rəhbərlərinə qarşı addımlar atır. Bunu dərk edən güc mərkəzləri ya seçkiqabağı dövründə Trampa dəstək verdilər, ya da onun qarşısında mövqe sərgilədilər.

Bu gün Tramp bir növ onlardan əvəz çıxır. Belə media orqanlarından biri də “Politoko” nəşridir. Amma bu iş “Politoko” ilə məhdudlaşmayacaq, çünki Ağ Ev rəhbəri bir çox media subyektinin adını çəkib. Yəni prosesin ardı gələcək”.


İlyas Hüseynov

Politoloq bildirib ki, demokratlar bunu Trampın əleyhinə istifadə edəcəklər:

“Yəni bu addımları antidemokratik kimi təqdim edib onun prestijinə zərbə vurmağa çalışacaqlar.

Donald Tramp öz siyasi kursundan çətin ki, geri çəkilsin. Bunu ABŞ-da avtoritarizmin başlanması kimi qiymətləndirmək də olar. Bütün bu proseslər Ağ Ev rəhbərinə qarşı impiçmentin başlanmasına da səbəb ola bilər”.

Qeyd edək ki, “Politico” nəşri 2020-ci ildə etibarən Azərbaycanla bağlı da həqiqəti əks etdirməyən bir çox materiallar yayımlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Fevral 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri