Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Zəfər Gününə həsr olunan fləş mob Video

Uşaqlıq xatirələri həyatımıza yön verir

Bakını tərk edənlərə güzəşt edilsin KONKRET

Bakını tərk edənlərə güzəşt edilsin KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda əhalinin həddindən artıq sıxlığı, regionlarda isə əhalinin azalması və gənclərin rayonlardan paytaxta üz tutması sosial-iqtisadi baxımdan ciddi çağırışlar yaradır. Bu baxımdan paytaxtdan rayonlara köçərək orada daimi məskunlaşan vətəndaşlar üçün xüsusi maddi kompensasiya və sosial dəstək mexanizmlərinin tətbiqi məsələsi gündəmə gəlir.

Bəs əhalinin regionlara köçünü stimullaşdırmaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, problemin həlli üçün yalnız əlavə kompensasiyaların tətbiqi kifayət deyil. Onun sözlərinə görə, regionlarda yaşayışı daha cəlbedici etmək üçün ümumi qaydalar dəyişdirilməlidir:

“Bu, çoxdan müzakirə olunan məsələdir. Əlavə kompensasiyaların verilməsindən daha çox, ümumi qaydaların dəyişdirilməsinə ehtiyac var. Məsələn, rayon və kəndlərdə yaşayan insanlar üçün kommunal xidmətlərin qiyməti Bakı ilə müqayisədə ən azı 2-3 dəfə aşağı olar. Eyni zamanda, regionlarda yaşayan vətəndaşlar üçün vergi güzəştlərinin ciddi şəkildə tətbiqi mümkündür.

Bundan başqa, regionlarda iş yerlərinin yaradılması üçün təşviq və kredit siyasəti dəyişdirilə bilər. Bəzi sahələr üzrə faizsiz kreditlərin, hətta müəyyən hallarda əvəzsiz maliyyə dəstəyinin verilməsi nəzərdən keçirilə bilər.

Həmçinin müəyyən dövlət idarələrinin regionlara köçürülməsi hesabına həmin ərazilərdə yeni iş yerlərinin yaradılması və məşğulluğun artırılması mümkündür”.

İqtisadçı hesab edir ki, bu istiqamətdə tədbirlər yaxın illərdə həyata keçirilməlidir. Natiq Cəfərlinin sözlərinə görə, əks halda regionlarda demoqrafik vəziyyət daha da ağırlaşacaq:

“Bu addımlar təcili atılmalıdır. Çünki 3-5 ildən sonra vəziyyət geri dönməz hala gələcək. Gənclər regionlarda qalmaq istəmir. Müəyyən müddətdən sonra həmin ərazilərdə əsasən yaşlı insanlardan ibarət əhali qala bilər. Kəndlər boşalır, şagird sayında isə hər il azalma müşahidə olunur”.

İqtisadçının fikrincə, regionlarda yaşayışın və iqtisadi fəaliyyətin stimullaşdırılması üçün vergi, kommunal xidmətlər, kreditləşmə, məşğulluq və dövlət qurumlarının yerləşdirilməsi ilə bağlı kompleks siyasət həyata keçirilməlidir.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Sentyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see828

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see290

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see287

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see281

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see271

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see271

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see253

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see243

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see242

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see223

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see221

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see218

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see213

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see207

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see204

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see203

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see197

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see195

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see187

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri