Icma.az
close
up
RU
Tramp barədə maraqlı faktlar... FOTOLAR

Tramp barədə maraqlı faktlar... FOTOLAR

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Artıq Donald Trampın Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti seçiləcəyi heç bir şübhə doğurmur.

Belə ki, ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 277 seçicinin dəstəyini alaraq 270 seçici səs həddini keçib. Bu da onun seçkidə qələbə qazandığını göstərir.

Globalinfo.az bildirir ki, Oxu.Az Donald Trampın prezidentlik kürsüsünədək keçdiyi yola qısa nəzər salıb.

D.Tramp 1946-cı ilin 14 iyununda Nyu-Yorkda dünyaya gəlib. Ata tərəfində Trampın alman, anası tərəfində şotland kökləri var. O, ilk təhsilini özəl məktəbdə, daha sonra Nyu-York Hərbi Akademiyasında (1959-64) alıb. 1968-ci ildə marketinqlə bağlı təhsilə yiyələnib.

Məzun olduqdan dərhal sonra atasının şirkətində işləməyə başlayıb və Nyu-Yorkun bir neçə bölgəsində daşınmaz əmlakın modernləşdirilməsi və kirayəsi layihələrini təkmilləşdirib.

D.Trampın rəhbərliyi altında biznes genişlənməyə başlayıb. Şirkətin yeni rəhbəri olan D.Tramp hotellər, kurortlar, kazinolar, qolf meydançaları yaratmaq layihələri ilə məşğul olub.

İşinin davamında D.Trampın şirkəti xaricdə, xüsusilə Seul, Toronto və Dubayda tikinti işləri ilə məşğul olmağa başlayıb.

1980-ci illərdə D.Tramp qeydiyyatdan keçmiş “Trump” ticarət markasını patentləşdirib və soyadından şirkət və brendlərin adlandırılmasında istifadə edib.

1990-cı illərin sonunda D.Tramp ölkənin siyasi həyatında fəal iştirak etməyə başlayıb. O, Respublikaçılar Partiyasından ayrılaraq 2000-ci il prezident seçkisində özünü İslahat Partiyasının namizədi kimi irəli sürüb. Bir neçə praymerizdə qalib gəldikdən sonra D.Tramp prezidentlik yarışından çəkilib.

İkinci dəfə D.Tramp 2012-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürüb, lakin kampaniyanın əvvəlində namizədliyini geri çəkib.

Növbəti – üçüncü dəfə D.Tramp 2016-cı ildə prezident seçkisinə qatılıb və noyabrın 8-də seçkidə qalib gəlib. D.Trampın həmin seçkidə rəqibi Demokratlar Partiyasından Hillari Klinton olub.

D.Tramp 2020-ci il ABŞ prezident seçkisində ikinci dönəm üçün təkrar namizədliyini verib və nəticədə rəqibi Co Baydenə məğlub olub.

2022-ci ilin noyabrında D.Tramp 2024-cü ildə prezident seçkisində namizəd olmaq niyyətini açıqlayıb. 2024-cü ildə baş tutan seçkidə 78 yaşlı D.Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harris üzərində qələbə qazanıb.

Məlumat üçün əlavə edək ki, D.Tramp üç dəfə evlilik həyatı yaşayıb. Bu evliliklərdən onun ümumilikdə beş olmaqla üç oğlan, iki qız övladı var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Noyabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see323

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see294

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see294

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see289

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see276

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see233

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see227

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see216

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see214

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see205

Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb

30 Avqust 2026 02:08see202

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see196

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see195

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see194

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see187

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see185

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see183

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see183

Trampın nitqi üzərindən fırıldaq edən işçi ifşa edildi

30 Avqust 2026 01:28see183

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri