Tramp: Bəzi ölkələrlə ticarət dayandırıla bilər!
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Əgər ölkənin mərkəzi bankı kimi xidmət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FES) özünün əsas faiz dərəcəsini aşağı salmasa, ABŞ bir sıra ölkələrlə ticarəti dayandıra bilər.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp X sosial şəbəkəsində yazıb.
ABŞ prezidentinin sözlərinə görə, ABŞ dünyada ən aşağı faiz dərəcəsinə malik olmalıdır.
"Əgər ABŞ (bir sıra ölkələrdə) böyük ticarət profisitinə yol verməsəydi və biz buna dərhal son qoya bilsəydik, onlar artıq maliyyə elitası hesab olunmazdılar", - deyə Tramp bildirib.
"Faiz dərəcəsini aşağı salın, əks halda kəsirimizin olduğu ölkələrlə ticarəti dayandıracağam, çünki ABŞ Ali Məhkəməsi gömrük rüsumları ilə bağlı verdiyi axmaq və çox baha başa gələn qərarında prezidentin bunu etmək üçün tam hüquqa malik olduğunu birmənalı şəkildə etiraf edib. Bu, gömrük rüsumlarından daha yaxşıdır", - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 04 Sentyabr 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















