Icma.az
close
up
RU
Tramp bizə nə vəd EDİR? “O, beynəlxalq arenada antiqlobalistlərin nümayəndəsidir” Yeni Çağ Media

Tramp bizə nə vəd EDİR? “O, beynəlxalq arenada antiqlobalistlərin nümayəndəsidir” Yeni Çağ Media

Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Trampın iqtidarı dövründə ABŞ-nin Amerika qitəsindəki geosiyasi və geoiqtisadi maraqlarının təmin edilməsi, onun buradakı nüfuz dairəsinin qorunması ABŞ-nin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edəcək. Bu mənada, Tramp zamanında ABŞ prezidenti olmuş Monronun doktrinasının ardıcıl şəkildə tətbiqinin tərəfdarı olaraq çıxış edəcək”.

Bu sözləri Yenicag.az-a açqılamasında politoloq Elşən Manafov deyib.

Siyasi təhlilçi ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trampın Azərbaycan və Cənubi Qafqazla bağlı siyasətini şərh edib.

Onun sözlərinə görə, bəllidir ki, hələ 1823-cü ildə bəyan edilmiş bu doktrina dünyanın qalan hissəsinə “Amerika amerikalılar üçündür” ismarışını verməklə qitədə nüfuz dairəsi uğrunda mübarizədə ABŞ-nin heç bir tərəfə güzəştə getməyəcəyini, regionu öz təsir dairəsində saxlayacağını elan etmişdi:

“Trampın Meksikadan olan qeyri-qanuni miqrant axınının qarşısının alınmasının zəruriliyi ilə bağlı səsləndirdiyi fikirlər və hələ birinci prezidentlik dövründə qəbul etdiyi qərarlar bunu təsdiq edir. Digər tərəfdən, Tramp ABŞ-nin Panama kanalı üzərində nəzarət hüququnu özünə qaytaracağı, habelə Kanada və Qrenlandiyanın ABŞ idarəçiliyi altına keçə biləcəyi ilə bağlı mövqeyini ortaya qoyub və heç nəyə baxmayaraq bu istiqamətdə ardıcıl siyasət yeridəcəyini bəyan edib. Bu isə perspektivdə qitənin digər bölgələri uğrunda ABŞ-nin həlledici qarşıdurmaya hazır olması ampluasında da qəbul oluna bilər. Kanada iqtisadiyyatına Çindən olan investisiyaların artması, Çinin isə ABŞ-ın iqtisadi-ticari anlamda əsas rəqibi olması baxımından Trampın burada qabaqlayıcı addımlar atmaq məcburiyyətində qaldığı şübhə doğurmur”.

E. Manafov əlavə edib ki, Tramp beynəlxalq arenada antiqlobalistlərin nümayəndəsidir:

“Bu kontekstdə onun hakimiyyəti dövründə transmilli korporasiyaların dünya iqtisadi proseslərinə təsir imkanlarının artacağı birmənalıdır. Tramp prezidentliyi dövründə ABŞ-nin nəhəng enerji resurslarından istifadə edəcəyi ilə bağlı mövqeyini ortaya qoymaqla dünya enerji tariflərinə ciddi təsir imkanlarına malik olacağına eyham edib və hətta dünya neft bazarında neftin bir bareli üçün qiymətlərin 40 dolları ötməyəcəyi ilə bağlı proqnozlar verib. Bu isə Azərbaycan kimi dünya enerji bazarına xam neft çıxaran dövlətlərin xeyrinə deyil. Təbii ki, bu sıraya Rusiya, Venesuela, İran və bəlli ərəb dövlətlərini də aid etmək olar. Lakin Trampın enerji təhlükəsizliyi ilə bağlı məsələləri də diqqət mərkəzində saxlayacağını nəzərə alsaq, təbii ki, Cənubi Qafqaz regionunda Azərbaycanla əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verməklə regionda sülhə və sabitliyin bərqərar olmasına da töhfə verəcək”.

Siyasi şərhçinin fikrincə, artıq dünyada satış bazarları və nüfuz dairələrinin genişləndirilməsi uğrunda mübarizədə nəqliyyat qovşaqları və dəhlizləri iqtisadi mənfəətlə yanaşı, geosiyasi məzmun və əhəmiyyət kəsb etməyə başlayıb:

“Bu baxımdan, Azərbaycan nəqliyyat qovşaqlarının üzərində yerləşdiyindən ona müxtəlif geosiyasi güc mərkəzləri tərəfindən marağın əhəmiyyətli şəkildə artması göz qabağındadır. Rusiya və İranın, habelə digər dövlətlərin dəstəklədikləri Şimal-Cənub nəqliyyat dəhlizi, Çinin təşəbbüsü ilə ortaya qoyulmuş və 150-dən yuxarı dövlətin dəstəklədiyi “Bir kəmər, bir yol” layihəsi, nəhayət, qardaş Türkiyənin, habelə Qərbin və ABŞ-ın dəstəklədikləri Zəngəzur dəhlizlərinin rentabelliyi və perspektiv inkişafı rəsmi Bakının məlum layihələrə xoş məramı və münasibəti olmadan qeyri-mümkün sayılır. Odur ki, ABŞ Azərbaycanın İrana coğrafi yaxınlığı, habelə Mərkəzi Asiya ölkələrinə tranzit imkanlarının genişliyi ilə əlaqədar amillərdən çıxış edərək rəsmi Bakı ilə əməkdaşlıq münasibətlərinin genişləndirilməsində maraqlı olacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 21 Yanvar 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri