Tramp Qrenlandiyanı nə üçün almaq istəyir? Yeni Çağ Media
Yenicag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanın Amerikanın tərkibinə daxil edilməsində maraqlı olması neft və qaz ehtiyatlarına çıxış əldə etmək istəyi ilə bağlı ola bilər.
Yenicag.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazır.
Qeyd olunur ki, Qrenlandiyanın neft və qaz yataqlarından istifadə “Amerika mədən şirkətləri üçün böyük biznesə çevrilə bilər”. Nəşrin məlumatına görə, adada neft ehtiyatları təxminən 31,4 milyon barel neft ekvivalenti, təbii qaz ehtiyatları isə 4,2 trilyon kubmetr təşkil edir.
Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır. Siyasətçinin sözlərinə görə, o, həmçinin Panama kanalını ABŞ-nin nəzarətinə qaytarmaq və Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətindədir. Panama, Kanada və Danimarka səlahiyyətliləri Respublikaçının bəyanatlarına kəskin reaksiya veriblər./unikal
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 16 Yanvar 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















