Icma.az
close
up
RU
Tramp bu dəfə gözünü Yunanıstana dikdi

Tramp bu dəfə gözünü Yunanıstana dikdi

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-də Prezident Donald Trampın ikinci dövrünün başlaması ilə birlikdə ölkənin xarici və iqtisadi siyasətləri yenidən formalaşır və ABŞ-Çin rəqabəti, yeni bir mərhələyə qədəm qoyur.

“Cebheinfo.az" xəbər verir ki, bu rəqabətin təsirləri Yunanıstana məxsus  limanlarda da özünü göstərməyə başlayır.Yunanıstan mətbuatında yayımlanan xəbərlərə görə, Tramp 2024-cü ilin dekabrında, seçkidən bir ay sonra Kimberly Guilfoyleu ABŞ-nin Yunanıstandakı səfiri olaraq təyin etməyi planlaşdırarkən ona xüsusi bir missiya həvalə etmək istəyirdi.

Bu missiya Çinin bölgədəki nüfuzunu azaltmaq idi. Bu məqsədə çatmağın əsas yollarından biri isə Yunanıstana məxsusu limanların nəzarət altına alınmasından keçirdi.Kathimerini qəzetinin “ABŞ-nin gözü Yunanıstan limanlarındadır” başlıqlı xəbərinə əsasən, ABŞ-nin yeni səfirinə, xüsusilə Pire limanı da daxil olmaqla, Çinin bölgədəki təsirini zəiflətmək tapşırılıb.

Məlumatda ABŞ-nin bu strategiyasında Yunanıstana məxsus limanların nəzarət altına alınması əsas addımlardan biridir.Eyni zamanda xəbərdə ABŞ-nin Selanik limanını nəzarətə almaq istədiyi də qeyd olunur. Limanın Mərkəzi Avropaya yaxınlığının, Trampın “Çinə qarşı əsas tərəfdaşı” kimi gördüyü Hindistanın ticarət siyasətini dəstəkləmək üçün formalaşdırılan Hindistan-Orta Şərq-Avropa Dəhlizi (“IMEC”) layihəsi ilə mükəmməl şəkildə uyğunlaşdığı bildirilir.

Pire limanının həm sərnişin, həm də konteyner dövriyyəsi baxımından Aralıq dənizi və Yunanıstanın ən böyük limanı olduğu vurğulanan xəbərdə qeyd olunur ki, ABŞ uzun müddətdir burada Çin mülkiyyətinə şübhə ilə yanaşır. Bu çərçivədə Çin dövlətinə məxsus gəmiçilik və logistika şirkəti olan “COSCO”-nun fəaliyyəti ABŞ tərəfindən yaxından izlənilir.Kathimerini qəzetinin şərhinə görə, bu, olduqca böyük bir məsələ olsa da, ABŞ Yunanıstan hökumətindən “COSCO”-ya təzyiq edərək Pire limanını tərk etməsini istəməsini gözləyir.

Baş nazir Kiryakos Miçotakisin rəhbərlik etdiyi Yunanıstan hökuməti isə ABŞ-nin bu tələblərinə uyğunlaşmağa meyilli görünür. Həmin tələblərin bəzilərini Yunanıstanın da üzvü olduğu Avropa İttifaqı dəstəkləyir. Məsələn, üç ay əvvəl Çin hərbi gəmilərinin Yunanıstan limanlarını ziyarət etməsi və limanlara yan almaq tələbi Yunan hökuməti tərəfindən rədd edilmişdi. Fransanın “CMA” şirkətlər qrupu, Selanik limanında əsas paya sahib olan İvan Savvidisin hissələrinə maraq göstərsə də, istənilən qiymət "həddindən artıq" hesab edilib.Hindistan da “IMEC” layihəsi çərçivəsində Dedeağaç limanına maraq göstərdiyini bəyan edib.

Qəzetin məlumatına görə, Yunanıstan hökuməti də bu cür addımları müsbət qarşılayır. Digər tərəfdən, ABŞ-ın Ukraynaya silah göndərilməsi və NATO qüvvələrinin Şərqi Avropada yerləşdirilməsi planlarının bir hissəsi olaraq Dedeağaç limanından istifadə etmək marağı artıq əhəmiyyətli dərəcədə azalıb.
Qeyd edilir ki, “IMEC” layihəsi 2023-cü ilin avqustunda və 2024-cü ilin fevralında Miçotakis və Hindistanın Baş naziri Narendra Modi arasında keçirilən görüşlərin də əsas müzakirə mövzularından biri olub. Fransa həmçinin öz Marsel limanı vasitəsilə “IMEC”-i dəstəkləməkdə Yunanıstan üçün mümkün tərəfdaş kimi nəzərdən keçirilir. İtaliya Hindistanın diqqətini cəlb etmək üçün rəqabət aparır və alternativ olaraq üç cənub limanını təklif edir.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 May 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri