Tramp bu yay Qrenlandiyanı da nəzarətinə almağa çalışacaq
Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.
Donald Trampın Qrenlandiyanı ABŞ-ın nəzarətinə götürmək ideyası 2026-cı ildə reallaşa bilər.
Sitat.info xəbər verir ki, bu barədə Politico yazıb.
Vaşinqton bu prosesi ya ABŞ müstəqilliyinin 250 illiyi (4 iyul), ya da noyabr aralıq seçkiləri ilə əlaqələndirməyi planlaşdırır. Ekspertlər bildirir ki, Tramp Danimarkaya məxsus, 56 min əhalisi olan Qrenlandiyada siyasi təsir kampaniyası aparmağa, o cümlədən yerli siyasətçiləri cəlb etməyə çalışa bilər.
The Economist yazır ki, Tramp administrasiyası Qrenlandiyaya ABŞ-la azad assosiasiya sazişi (COFA) təklif etməyə hazırlaşır. Bu model ABŞ ordusuna geniş səlahiyyətlər verir, əvəzində isə ticarət güzəştləri nəzərdə tutur. Qrenlandiya hakimiyyəti indiyədək birbaşa danışıqlardan imtina edib.
Danimarka isə vurğulayır ki, adada artıq ABŞ hərbi bazası mövcuddur və ABŞ qoşunlarının sayına məhdudiyyət yoxdur. Tramp Qrenlandiyanı ABŞ-ın milli təhlükəsizliyi üçün “zəruri” adlandırıb və bölgədə Rusiya və Çin gəmilərinin fəallığını əsas gətirib.
Bloomberg-in məlumatına görə, Danimarka hökuməti Trampın bəyanatlarını ciddi təhlükə kimi qiymətləndirir. Baş nazir Mette Frederiksen Qrenlandiyaya təzyiqlərin yolverilməz olduğunu və regionun gələcəyini yalnız özünün müəyyən etməli olduğunu bildirib.
Aytac,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 06 Yanvar 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















