Tramp: Bugünkü zərbələr İranın radarlarını hədəf seçib
Icma.az, Moderator.az saytına istinadən bildirir.
ABŞ-nin çərşənbə axşamı İrana endirdiyi zərbələr radarları hədəfə alıb.
Moderator.az-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
"Onlar radarları təmir etməyə çalışıblar, çünki radarsız onlar tamamilə kor olurlar. Təmir işləri başa çatana qədər gözlədik və zərbə endirdik", - o deyib.
Tramp yenidən İranı bölgədəki ABŞ hədəflərinə qarşı cavab zərbələrini davam etdirəcəyi təqdirdə daha güclü zərbələrlə hədələyib.
Amerika lideri əlavə edib ki, Tehranla razılaşmaya can atmır. "Düşünmürəm ki, onlarla razılaşma yazılan kağıza dəysin. Biz onlara çoxlu şans vermişik", - Tramp fikirlərini yekunlaşdırıb.
"Axios" portalı daha əvvəl xəbər vermişdi ki, Tramp və onun yüksək vəzifəli köməkçiləri Tehranın boğazdakı gəmilərə hücum etmək üçün radar və raket imkanlarını bərpasının qarşısını almaq üçün İranın Hörmüz yaxınlığındakı obyektlərinə məhdud hücumlar etməyi nəzərdən keçirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 01 Sentyabr 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















