Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Tramp İranın nüvə potensialının tam sıradan çıxarıldığını bildirmişdi, bugünkü danışıqlar bunu təkzib edir

Tramp İranın nüvə potensialının tam sıradan çıxarıldığını bildirmişdi, bugünkü danışıqlar bunu təkzib edir

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “Fox News”a müsahibəsi zamanı bildirib ki, ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək. 

Vitse-prezidentin müsahibəsini Redaktor.az-a şərh edən siyasi şərhçi Şakir Ağayev qeyd etdi ki, nüvə silahına icazə verməmək Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın İrana qarşı qəti proqramıdır:

"Biz bilirik ki, Tramp birinci prezidentliyi dövründə 5+1 formatında İranla bağlanmış nüvə sazişindən Amerikanı çıxarmışdı və ikinci prezidentliyi dövründə də əsas prioritetlərindən biri İranda nəinki nüvə silahının, hətta nüvə enerjisinin mövcudluğuna imkan verməməkdir. Yayda baş vermiş 12 günlük İsrail-İran müharibəsi zamanı ABŞ-nin İranın nüvə obyektlərini bombalaması da bunu bir daha sübut etdi. ABŞ, sözsüz ki, İranda nəinki nüvə silahının, hətta nüvə enerjisinin olmasında maraqlı deyil. Biz bilirik ki, nüvə enerjisi mövcud olduğu halda, istənilən anda zənginləşdirilərək silaha çevrilə bilər. Əgər İran nüvə silahı əldə edərsə, bu, ABŞ-nin Yaxın Şərqdəki maraqlarına ciddi zərbə vura bilər. Çünki biz bilirik ki, ABŞ-İran münasibətləri 1979-cu ildən etibarən düşmənçilik səviyyəsindədir. Hətta iki ölkə arasında diplomatik münasibətlər yoxdur və danışıqlar birbaşa deyil, vasitəçilər üzərindən aparılır".

Müsahibimiz vurğuladı ki, İranın nüvə silahı əldə etməsi, ilk növbədə Donald Trampın yaxın müttəfiqi olan İsrail üçün daimi təhlükə deməkdir.

"Bu isə İsrailin maraqlarına qətiyyən uyğun deyil. İsrail açıq şəkildə bəyan edib ki, İran heç bir halda nüvə silahı əldə etməməlidir. Ümumiyyətlə, İsrail güclü İran dövlətini özü üçün təhlükə hesab edir. Bugünkü Amerika administrasiyasının İsraillə münasibətlərinə, eləcə də Donald Trampın Netanyahu ilə şəxsi münasibətlərinə baxsaq, görərik ki, Amerika bu məsələni qəti şəkildə prioritet sayır.

Bundan əlavə, İranın nüvə silahı əldə etməsi Yaxın Şərqdə ABŞ-nin müttəfiqləri olan Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanını çətin vəziyyətə sala bilər. Səudiyyə Ərəbistanı xüsusi olaraq qeyd edib ki, belə bir hal baş verərsə, özü də nüvə silahı əldə etmək imkanlarını araşdıracaq. Bu isə nüvə silahının yayılması və Yaxın Şərq ölkələrinin nüvə silahına malik olması deməkdir ki, nəticədə onların təhlükəsizlik baxımından Amerikadan asılılığı azalır. Regionda NATO üzvü olan Türkiyə də yerləşir və ABŞ belə bir coğrafiyada İranın nüvə silahı əldə etməsini istəmir. Ona görə də Ceyms Devid Vens Trampın siyasətinə uyğun mövqe nümayiş etdirir. O, vitse-prezident kimi qəti şəkildə bəyan edib ki, İranın heç bir halda nüvə silahına malik olmasına imkan verilməyəcək və bu məsələ ABŞ üçün prioritetdir. Baxmayaraq ki, Tramp 12 günlük müharibə zamanı dəfələrlə İranın nüvə potensialının tam sıradan çıxarıldığını bildirmişdi, bugünkü danışıqlar bunun tam belə olmadığını göstərir", - deyə siyasi şərhçi yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Fevral 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see300

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see295

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see278

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see277

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see276

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see275

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see269

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see269

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see269

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see262

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see241

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see240

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see238

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see233

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see232

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see230

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see230

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see226

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see226

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see226
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri