Tramp bundan sonra “kağız pələng” ifadəsini işlətməyəcəyinə söz verdi
Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp artıq “kağız pələng” ifadəsini işlətməyi planlaşdırmadığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib.
“Mən heç vaxt heç kimə “kağız pələng” deməyəcəyəm”, – Amerika lideri bildirib.
Sentyabrın 23-də Tramp Rusiyanın Ukraynadakı hərbi xüsusi əməliyyatını “mənasız mübarizə” adlandırıb və Moskvanın hərbi qüdrətini ələ salıb. Tramp vurğulayıb ki, ölkənin silahlı münaqişəni sona çatdıra bilməməsi onu “kağız pələng”ə bənzədir.
Həmin gün Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü zamanı Tramp bəyan edib ki, Ukraynada münaqişənin tezliklə bitməsi ehtimalı azdır, çünki Rusiya böyük hərbi gücə malikdir.


