Icma.az
close
up
RU
Tramp Rusiyanı kağız pələng adlandırdı

Tramp Rusiyanı kağız pələng adlandırdı

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Tramp Ukrayna lideri Zelenski ilə görüşdən sonra paylaşım edib. 

AzPost bildirir ki, Tramp burada bir sıra ciddi açıqlamalar verib.

“Ukrayna və Rusiyadakı hərbi və iqtisadi vəziyyətlə yaxından tanış olandan və bunun Rusiyaya gətirdiyi iqtisadi çətinlikləri görərək, hesab edirəm ki, Ukrayna Aİ-nin dəstəyi ilə öz keçmiş sərhədləri daxilində bütün ərazilərini döyüşmək və əldə etmək iqtidarındadır. Vaxt keçdikcə səbrlə və Avropanın, xüsusən də NATO-nun maliyyə dəstəyi ilə bu müharibənin başladığı ilkin sərhədləri bərpa etmək tamamilə mümkündür. Niyə olmasın?”- deyə Tramp vurğulayıb.

Tramp Rusiyanı üç il yarımdır mənasız müharibə aparmaqda ittiham edib. “Bu, Rusiyaya şərəf gətirmir. Əslində, daha çox onu “kağız pələng” kimi göstərir”.

“Moskvanın və Rusiyanın bütün iri şəhərlərinin, qəsəbələrinin və rayonlarının sakinləri bu müharibədə nə baş verdiyini öyrənəndə, uzun növbələr üzündən benzin əldə etməyin mümkün olmadığını anlayanda və maliyyənin böyük hissəsinin getdikcə güclənən Ukrayna ilə mübarizəyə xərcləndiyini görəndə,  müharibə iqtisadiyyatının bütün digər problemləri ilə üzləşəndə Ukrayna öz dövlətini bərpa edə biləcək, hətta daha da irəli gedə biləcək!”-deyə ABŞ prezidenti qeyd edib.

Tramp deyib ki, Putin və Rusiya ciddi iqtisadi çətinliklər içindədir: “İndi Ukraynanın hərəkətə keçmə vaxtıdır”.

“Hər iki ölkəyə ən yaxşısını arzulayıram. Biz NATO-ya silah tədarükünü davam etdirəcəyik ki, NATO onlarla istədiyi kimi hərəkət edə bilsin. Hər kəsə uğurlar!”-deyə Tramp paylaşımında deyib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 Sentyabr 2025 00:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri