Icma.az
close
up
RU
Tramp Cinpinə Azərbaycanla bağlı nə deyib? Zəngəzurda inanılmaz razılaşma

Tramp Cinpinə Azərbaycanla bağlı nə deyib? Zəngəzurda inanılmaz razılaşma

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ilə Çin Prezidenti Si Cinpin arasında Cənubi Koreyada baş tutan görüş dünya mediasında böyük maraqla qarşılandı. Liderlərin 1 saat 40 dəqiqə çəkən müzakirəsinin detalları fərqli istiqamətlərdə dəyərləndirilir.

Həmçinin Vaşinqton və Pekin arasındakı mövcud vəziyyətdə görüşün ümumi nəticələri, proseslərə necə təsir edəcəyi də bir sıra suallar doğurur.

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov bildirib ki, Trampla Si Cinpinin danışıqları ABŞ və Çin arasındakı geosiyasi rəqabətin doğurduğu beynəlxalq və regional riskləri nisbi olaraq stabilləşdirmək zərurətindən irəli gəlirdi:

“Ona görə də ABŞ və Çin bu rəqabəti idarə etməyi kritik məqsəd kimi ortaya qoyurlar. Liderlərin yanaşması daha çox Vaşinqton və Pekinin müvəqqəti sövdələşmə əsasında hərəkət sahəsini müəyyənləşdirməyə yönəlib.

ABŞ ilə Çinin əməkdaşlıqla rəqabətin sərhədlərini müəyyən edəcək sabitləşmə mexanizmləri tapacağına dair ümidlər olsa da, tərəflərin strateji rəqabətinin xüsusilə Asiyada yenidən güclənməsi ehtimaldan uzaq deyil.

Nəzərə alsaq ki, son zamanlar ABŞ diplomatiyasının fəallığı nəticəsində Çin Yaxın Şərqdəki proseslərdən sıxışdırılmış kimi görünür, o zaman Pekin rəqibinə qarşı Asiyada başqa kartla oynaya bilər.

Vaşinqton Pekinə Tayvana müdaxilə üçün “yaşıl işıq” yandırsa belə, Ağ Ev bunu gələcəkdə rəqibini cilovlamaqda çətinlik yaradan addım kimi qiymətləndirəcək”.

Analitikin sözlərinə görə, həm ABŞ, həm də Çin Rusiyanın ambisiyalarını nəzarət altına ala biləcək oxşar düşüncə tərzinə sahibdir:

“Lakin Çinin Rusiyanı cilovlamaq səyləri fərqli, ABŞ-ın strategiyası isə tamamilə başqa məntiqə söykənir.

Vaşinqton və Pekin Ukraynadakı müharibənin nəticələrini gözləyərkən bu məntiqlərin gələcəkdə hansı formada dəyişə biləcəyini də hesablayırlar.


Aqşin Kərimov

Rusiya isə ABŞ-dan fərqli olaraq “müttəfiqi” Çin qarşısında kəskin mövqe sərgiləyə bilmir.

Görünür ki, Moskva Pekinin məqsədlərini daha aydın anlamağa və onun maraqlarını Ukraynadakı hərbi kampaniyanın nəticələrinə uyğunlaşdırmağa çalışır”.

Kərimovun fikrincə, ABŞ–Çin danışıqlarının nəticələrini qiymətləndirərkən Cənubi Qafqaz və Mərkəzi Asiya regionları arasındakı yeni nizamlama tətbiqinə də diqqət yetirmək lazımdır:

“ABŞ ilə Çin Cənubi Qafqazda TRIPP marşrutu (Zəngəzur dəhlizi-red.) üzrə əməkdaşlıq nümunəsi formalaşdırıb. Bu marşrutu intensivləşdirmək və onun xarakterini Mərkəzi Asiyada möhkəmləndirmək niyyətindədirlər.

Çinin TRIPP marşrutuna qarşı kəskin mövqedə dayanmaması, Azərbaycanın iştirak etdiyi layihədə ABŞ-ın da iştirakına etibar etdiyini göstərə bilər.

O baxımdan, Tramp və Si Cinpinin 2 saata yaxın davam edən görüşündə Cənubi Qafqazın da müzakirə mövzusu olması mümkündür. Əgər belədirsə, bu, Pekinin ABŞ-ın regiondakı iştirakına qarşı çıxmadığını və bu istiqamətdə əməkdaşlığa açıq olduğunu göstərir.

Zəngəzur dəhlizi ABŞ ilə Çin arasında tədrici yaxınlaşmaya stimul verən komponent kimi liderlərin diqqətinə çatdırılıb”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see418

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see261

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see200

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see183

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see178

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see176

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see165

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see164

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see161

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see145

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see143

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri