Tramp dediyini etdi: Metal “müharibəsi” başladı
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Donald Tramp vədinə uyğun olaraq, ABŞ-ın bütün polad və alüminium idxalına 25 faiz rüsum tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Ölkəmizə xaricdə yox, Amerika istehsalı olan polad və alüminium lazımdır”, - Tramp bildirib.
Tariflərin ABŞ daxilində qiymətləri artırıb-artırmayacağı sualına isə o, belə cavab verib:
“Bu, daha ucuz olacaq. Bu mühüm məsələdir. Amerikanı əvvəlki şöhrətinə qaytarmağa başlayırıq. Gözəl sənayemizin Amerikaya qayıtma vaxtıdır”.
Yeni rüsumlar istisnasız olaraq bütün ölkələrdən polad və alüminiuma tətbiq edilir.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts Trampın polad və alüminium idxalına rüsum tətbiqinə cavab verəcəklərini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 11 Fevral 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















