Icma.az
close
up
RU
İran müharibəsi niyə başladı?

İran müharibəsi niyə başladı?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı-ekspert Natiq Cəfərli Yaxın Şərqdə baş verən hadisələri şərh edib.

“Cebheinfo.az” xəbər verir ki, o bildirib ki, Yaxın Şərqdə baş verən hadisələrdə iki antoqonist, təhlükəli cəhəti var:

“Birincisi, ABŞ və İsrailin hədəfləri tamamən fərqlidir. İkincisi, İsraildə və İranda, hər iki ölkədə dini alətə çevirən fanatiklər hakimiyyətdədir. ABŞ-nin hədəfi, yeni doktrinası dünyada enerji və logistikaya bacardıqca daha çox nəzarət etməkdir. 

Yenilənmiş “DonRo” doktrinası məhz buna xidmət edir. ABŞ istəyir ki, daha az vəsait xərcləməklə, dünyada hərbi bazaların sayını kəskin azaltmaqla Amerika qitəsinin tamamına, yerdə qalan dünya xəritəsində isə enerji qaynaqlarına və “karvan yollarına” (qurudan, dənizdən – fəqri yoxdur) nəzarət etsin. Bu yeni doktrina Çinlə mübarizədə, rəqabətdə ən vacib detaldır.

İsrail isə əlinə fürsət düşmüşkən İranı tamamən gücdən salmağa, bacarsa, rejimi dəyişməyə çalışır və bunu irrosional fanatizmlə, hüquq, qayda tanımazcasına həyata keçirir.

ABŞ-nin İranda kimin hakimiyyətdə olacağı vecinə deyil, təki anlaşsınlar, hətta dini fanatiklərin hakimiyyətdə qalmasında da maraqlıdırlar ki, bölgədəki ərəb ölkələri, o cümlədən İsrail də, həmişə qorxsunlar, çəkinsinlər və ABŞ-a möhtac qalsınlar”.

N.Cəfərli deyib ki, İrandakı müharibə ilə bağlı bir neçə nəzəriyyə var:

“Bu mənzərəyə baxanda bir neçə geniş yayılmış tezisin, əsasən də qardaş Türkiyə TV-lərindən axan və bizim cəmiyyətə də ciddi təsir edən fikirlərə münasibət bildirmək istədim. Türkiyə və Avropa mediasında yayılmış tezislər:

1. “ABŞ, Tramp “Epşteyn işini” unutdurmaq üçün müharibəyə başladı” - Dostlar, Epşteyn məsələsi, indi açıqlanan fayllar 2019-cu ildən ABŞ Ədliyyə Nazirliyində artıq vardı. 2020-də hakimiyyətə kim gəldi – bəli, Demokratlar və Bayden. Onların ən böyük rəqibi, ən zəhləsi gedən adam kim idi – doğrudur, Tramp və komandası. 

Yaxşı, 2019-cu ildən mövcud olan fayllarda Trampa qarşı çox kəskin kompromatlar var idisə, Bayden və komandası hakimiyyətdə olduqları 4 ildə nədən onları yayıb Trampı yerə gömmədilər?! Çox asan olardı axı – faylları açırsan, Trampla bağlı bütün video-fotoları yayırsan, Tramp siyasi olaraq məhv olur, rəqib olmaqdan çəkilir, 2024-cü ildə də rahat Respublikaşıları udursan. Çünki Trampdan başqa normal, xarizmatik namizədləri yox idi. Yaxşı, “Epşteyn faylarını” kim açdı? Bəli, Tramp, fərman imzaladı ki, bütün fayllar açılsın.

2. “ABŞ və İsrail üçün Hörmüz boğazının bağlanma cəhdi və regiondakı ABŞ hərbi bazalarının, Körfəz ölkələrinin vurulması sürpriz oldu”. Yəqin ki, bu tezisi 500 dəfə eşitmisiniz, dostlar, ABŞ-nin 18 xüsusi xidmət orqanı var, keçən ilki 12 günlük müharibədən sonra, sosial şəbəkə iştirakçıları divanda oturub, dünya mediası redaksiyada oturub 5000 dəfə yazırdılar ki, yeni müharibə olsa, İran Hörmüzü bağlaya, Körfəz ölkələrini vura bilər. Yaxşı, bunu biz bildik (keçən il müsahibələrdə dəfələrlə mən də demişdim), 18 xüsusi xidmət orqanı olan ABŞ, bunu bilmirdi, hesablamamışdı, eləmi?!

3. “ABŞ və İsrail plansız-proqramsız müharibəyə başladı, indi də bataqlığa batıblar”. Dostlar, İsrail “peycer əməliyyatını” 3 il planlamışdı, ABŞ Venesuella əməliyyatını aylarla hazırlamışdı, indi deyirsiniz ki, bu iki ölkə plansız, düşünmədən müharibəyə girib?! Olmur belə.

Qardaş Türkiyə TV kanallarının adını elə-belə çəkmədim, özümüzün TV məkanı cəlbedici deyil, hökumət böyük ekranı balaca ekrana (telefona) uduzub, ölkə əhalisinin 60 %-ə yaxını Türkiyə TV kanallarına baxır, düşüncələrinə o kanallardan yayılan məlumatlar ciddi təsir edir.

Məncə, hökumət bu haqda düşünməlidir – daxili müzakirələri bu qədər sıxanda, xalqın təsəvvürlərini başqaları, doğma, əziz də olsa, yenə də başqaları formalaşdırır. Bunu unutmayaq”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Mart 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see751

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see304

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see285

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see274

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see254

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see244

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see235

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see219

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see208

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see190

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see179

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see176

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see175

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri