Tramp dərin dəniz mədənlərinin inkişafı ilə bağlı sərəncam imzaladı
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp ölkədə dərin dəniz mineral ehtiyatlarının hasilatını inkişaf etdirmək məqsədilə sərəncam imzalayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Ağ Evin mətbuat xidmətinin yaydığı sənəddə bildirilir ki, ABŞ-nin geniş dəniz ərazilərində mühüm mineral və enerji ehtiyatları mövcuddur. Trampın sözlərinə görə, bu ehtiyatlar iqtisadiyyatı gücləndirmək, enerji təhlükəsizliyini təmin etmək və xaricdən asılılığı azaltmaq üçün əsas rol oynayır.
Prezident qeyd edib ki, ABŞ dərhal dərin dəniz ehtiyatlarının işlənməsinə başlamalı, milli ehtiyatların həcmini qiymətləndirməli və hasilat-emal texnologiyalarında liderliyi bərpa etməlidir. Müdafiə, infrastruktur və enerji sahələri üçün faydalı qazıntıların sabit tədarükü də vacib məsələlər sırasındadır.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Aprel 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















