Tramp dünyanı həsrətdə saxlayan anons verdi: Çox böyük elanımız olacaq
Icma.az, Mia.az saytına istinadən bildirir.
ABŞ prezidenti Donald Tramp mayın 13-də Yaxın Şərq turuna başlamadan əvvəl bölgə ilə bağlı mühüm mesaj verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bölgə ilə bağlı tezliklə çox vacib və müsbət elan verəcəyini iddia edib.
Tramp bildirib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərə gedəcək: "Bundan əvvəl isə çox, özü də lap çox böyük bir açıqlama verəcəyik, bunun nə olduğunu söyləməyəcəyəm, amma çox müsbət olacaq. Bu, həqiqətən çox müsbət bir açıqlamadır. Bu, uzun illərdən sonra çox əhəmiyyətli bir mövzuda ən əhəmiyyətli açıqlamalardan biri olacaq".
ABŞ prezidenti sözügedən elanın cümə axşamı, cümə və ya bazar ertəsi veriləcəyini də mümkün sayıb.
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 07 May 2025 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















