Icma.az
close
up
RU
Dünyanı ayaqda saxlayan dəyər!

Dünyanı ayaqda saxlayan dəyər!

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hüququn qorunduğu cəmiyyətlər daha güclü olur...

İnsan cəmiyyətinin minilliklər boyu keçdiyi inkişaf yolu bir həqiqəti dəyişməz olaraq təsdiqləyib: Dövlətlərin qüdrəti nə qədər böyük, iqtisadiyyatı nə qədər güclü olsa belə, bütün bunların uzunömürlü və davamlı olması yalnız hüququn aliliyinin təmin edildiyi zaman mümkündür. Çünki hüquq sadəcə maddələrdən ibarət qanunlar toplusu deyil, insanların təhlükəsiz yaşamaq, sərbəst düşünmək və gələcəyinə inamla baxmağın təmin edən ən mühüm ictimai dayaqlardan biridir.

Bu gün bütün dünyada Dünya Hüquq Günü kimi qeyd olunur. 10 iyul tarixinə qədər “Hüquq yolu ilə dünya sülhü” adlı 2 beynəlxalq konfrans keçirilsə də, 1967-ci ildə Cenevrədə keçirilən 3-cü konfransdan başlayaraq, hər il 10 İyul Dünya Hüquq Gününun qeyd edilməsi qərara alınır.

Demokratik cəmiyyətdə insana qayğı yüksək və ali məqsəd sayılır. Bu baxımdan da müvafiq olaraq insan hüquqları və azadlıqlarının konstitusiyada və qanunlarda təsbit və təsdiq edilməsi dövlət idarəçiliyinin əsas məqsədi kimi çıxış edir.

Müasir dünyada inkişaf etmiş demokratik dövlətlər öz ölkəsində insan hüquqlarının təmin edilməsi ilə yanaşı, başqa ölkələrdə də onların qorunmasına, demokratik cəmiyyət quruculuğuna yardım etməyə çalışırlar. Hələ 1941-ci ilin yanvar ayında ABŞ prezidenti Franklin Ruzvelt özünün Konqresə göndərdiyi müraciətində Amerika milləti qarşısında duran yeni məqsədin bütün dünyada insan hüquqlarının pozulması hallarına qarşı mübarizə aparmaqdan ibarət olduğunu bəyan etmişdi. O, “Dörd aylıq azadlıq” əsərində göstərirdi ki, “... sağlam və güclü demokratiyanın təməlində müəmmalı bir şey yoxdur.

Bərabərlik hüququnun əhəmiyyəti

Bərabərlik hüququ hər bir cəmiyyətin inkişafı və rifahı üçün mühüm əhəmiyyət daşıyır. Hüquqi bərabərlik olmadığı halda, ayrı-seçkilik, sosial narazılıq və ədalətsizlik yaranır. Tarixi təcrübə göstərir ki, hüquqi və sosial bərabərlik təmin edildikdə, cəmiyyətlər daha sabit və ədalətli olur.

Bu hüququn qorunması üçün yalnız qanunların mövcud olması kifayət etmir. Hər bir vətəndaş bərabərlik mədəniyyətini formalaşdırmalı, həm öz hüquqlarını, həm də başqalarının hüquqlarını müdafiə etməyə töhfə verməlidir. Cəmiyyətin bütün üzvü bərabərlik hüququndan istifadə edərək daha ədalətli və bərabər bir dünya qurmağa çalışmalıdır.

Bərabərlik hüququ təkcə hüquqi norma deyil, həm də insan ləyaqətinin və ədalətin qorunmasının əsas vasitəsidir. Bu prinsipi qorumaq və inkişaf etdirmək hər kəsin ümumi vəzifəsidir. Bu gün dünyada mövcud olan dövlətlərin hər birinin, ayrıca olaraq daxili hüququ mövcuddur. Ona görə də milli hüquqa dövlətdaxili hüquq da deyilir.

Azərbaycanın hüquq sistemi

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinin tamhüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul etməklə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində atılan addımları görmək üçün ilk növbədə Konstitusiyaya nəzər salmaq lazımdır. Konstitusiyamızın təqribən 3/4-ü  vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə yönəlib və bu sahədə olan münasibətləri özündə ehtiva edir. Bu baxımdan insanların hüquqi-siyasi və mədəni səviyyəsinin yüksəldilməsi üçün də dövlət lazımi tədbirlər həyata keçirir.

Ümumiyyətlə müasir dövrdə ictimai həyatın demokratikləşdirilməsi, vətəndaş cəmiyyətinin və bütövlükdə cəmiyyətin harmonik, sabit inkişafının təmin edilməsi hüquqi dövlət quruculuğunun əsas istiqamətləri sayılır. Bu gün Azərbaycanda baş verən tərəqqi proseslərinin, novatorluğun, islahatların lokomotivi qismində çıxış edən hüquqi dövlət anlayışı bütövlükdə sabit inkişafın əsas təməl prinsipidir. Yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin uğurları saysızdır. Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox böyük addımlar atıb. Nəticə etibarı ilə, ölkəmizdə davamlı hal almış bu proseslər demokratikləşmə prosesinin də operativ və effektiv səciyyə almasını şərtləndirib. Odur ki, bütün bunların fonunda Azərbaycan demokratik inkişaf yolunda qətiyyətlə irəliləyir.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 İyul 2026 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see388

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see384

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see359

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see247

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see242

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see227

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see222

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see207

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see202

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see201

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see199

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see191

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see185

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see183

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see178

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see175

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see174

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see167

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri