Tramp: Elektrik avtomobilləri əladır, lakin hamını onlara sahib olmağa məcbur etmək olmaz
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp amerikalı iş adamı İlon Maskın xərclər və vergilər haqqında qanun layihəsini tənqid etməsi fonunda bildirib ki, subsidiyalar olmasa, o, "dükanı bağlayıb Cənubi Afrikaya, evə qayıtmalı olacaq".
“Report” xəbər verir ki, Tramp bu barədə “Truth Social” şəbəkəsində yazıb.
"Elektrik avtomobilləri əladır, lakin hamını onlara sahib olmağa məcbur etmək olmaz. Ola bilsin ki, İlon tarixdə kimdənsə daha çox subsidiya ala bilər və subsidiyalar olmasaydı, yəqin ki, o, dükanı bağlayıb Cənubi Afrikaya, evə qayıtmalı olardı", - o qeyd edib.
D.Tramp həmçinin qeyd edib ki, Mask onun prezidentliyə namizədliyini dəstəkləməzdən çox əvvəl elektrik avtomobillərinə qarşı olduğunu bilirdi.
"Artıq heç bir raket, peyk buraxılışları və ya elektrik avtomobillərinin istehsalı olmayacaq və ölkəmiz böyük bir sərvətə qənaət edəcək. Bəlkə də buna diqqətlə nəzər salmalıyıq? Qənaət edilməli olan böyük pullar!!!", - Tramp vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 01 İyul 2025 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















