Icma.az
close
up
RU
Tramp Ərdoğandan kömək istəyib Ankara Rusiya Ukrayna savaşını bitirmək üçün hərəkətə keçir

Tramp Ərdoğandan kömək istəyib Ankara Rusiya Ukrayna savaşını bitirmək üçün hərəkətə keçir

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandan Rusiya-Ukrayna müharibəsi ilə bağlı kömək istəyib.

Bu barədə Türkiyənin “Türkiye Gazetesi”ndə məqalə dərc olunub.

Qeyd olunub ki, Türkiyə Rusiya-Ukrayna müharibəsini bitirmək missiyasını öz üzərinə götürüb.

Məqalədə Türkiyə xarici işlər naziri Hakan Fidanın Ərdoğan-Tramp görüşünü dəyərləndirərkən dediyi ifadələrə yer verilib.

“Prezidentimizin Trampa təsir imkanlarından istifadə etməsi üçün bölgə ölkələrindən çoxlu müraciətlər alırıq. Deyirlər ki, Trampın dinləyəcəyi yeganə müsəlman lider sizsiniz”, -deyə nəşr Fidandan sitat gətirib.

Məqalədə daha sonra qeyd olunur ki, Donald Trampın Ərdoğandan xüsusi bir istəyi olub. Əldə edilən məlumata görə, Tramp bazar ertəsi telefonla danışdığı Ərdoğandan Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə bağlı gözləntilərini çatdırıb. Bildirilib ki, Tramp Ərdoğana Rusiya ilə Ukrayna arasındakı müharibəni bitirmək üçün birlikdə işləməyi təklif edib.

“Azərbaycan-Ermənistan müharibəsi zamanı ölkənin bitərəf qalmasını təmin etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşən və Somali ilə Efiopiya arasında vasitəçilik edərək qaranlıq qitəni müharibə astanasından geri qaytaran Ankara getdikcə gərginləşən Rusiya-Ukrayna müharibəsi üçün yenidən hərəkətə keçəcək. Bu məqamda Türkiyə Qara dənizdə müharibə riskinin tamamilə aradan qaldırılması və bölgədə sülh, sabitlik və əmin-amanlığın bərqərar olması üçün lazımi dəstəyi verməyə hazır olduğunu ABŞ administrasiyasına çatdırıb”, -deyə nəşr yazıb.

Türkiyənin Putinin 8-11 may tarixləri arasında başlatdığı atəşkəs prosesinin qalıcı olması üçün yaxın günlərdə addımlar ata biləcəyi bildirilir. Qeyd olunur ki, Türkiyənin Ankara-Moskva və Ankara-Kiyev xəttində diplomatik təmaslar aparacağı gözlənilir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 May 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri