Icma.az
close
up
RU
ABŞ və Rusiya Ukrayna savaşını bitirmək üçün gizli plan hazırlayır... “AXİOS“

ABŞ və Rusiya Ukrayna savaşını bitirmək üçün gizli plan hazırlayır... “AXİOS“

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sənəd artıq Vaşinqton, Moskva və Kiyev arasında müzakirə olunur və Avropada yeni bir təhlükəsizlik sisteminin təməli ola bilər...

Donald Tramp administrasiyası  Rusiyanın iştirakıyla gizli şəkildə Ukraynadakı müharibəyə son qoymaq üçün genişmiqyaslı bir plan hazırlayır. 

 Moderator.az  Ukrayna mediasına istinadla xəbər verir ki, Amerikanın "Axios" nəşrinin yazdığına görə,  sənəddə 28 bənd var və artıq Vaşinqton, Moskva və Kiyev arasında diplomatik səviyyədə müzakirə olunur.

ABŞ və Rusiya gizli məsləhətləşmələr aparırlar...

ABŞ və Rusiya rəsmilərinin sözlərinə görə, Tramp administrasiyası Qəzzadakı vəziyyəti həll etmək üçün son səylərindən ilhamlanan sülh müqaviləsi layihəsi üzərində işləyir.

Plan dörd hissəyə bölünür:

-Ukraynadakı müharibəyə son qoymaq;

-təhlükəsizlik zəmanətləri;

-Avropada təhlükəsizlik;

-ABŞ-ın Ukrayna və Rusiya ilə gələcək münasibətləri.

Sənədin döyüşlərin davam etdiyi şərqi Ukraynadakı ərazilər məsələsinə necə toxunduğu hələ məlum deyil.

Mayamidə pərdəarxası danışıqlar...

Trampın xüsusi elçisi Stiv Vitkov sənədin hazırlanmasına rəhbərlik edir və artıq Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Rusiya nümayəndəsi Kirill Dmitriyevlə intensiv danışıqlar aparıb.

Dmitriyev 24-26 oktyabr tarixlərində Mayamidə üç gün keçirib və onun sözlərinə görə, Trampın komandası "Rusiyanın mövqeyini həqiqətən eşidib".

O bildirib ki, uzun müddətdən sonra ilk dəfə Moskvanın arqumentlərinin nəzərə alındığını hiss edir:

"Biz uğur şansı görürük, çünki bu dəfə Rusiyanın mövqeyi həqiqətən eşidilib".

Danışıqların Ukrayna istiqaməti...

Nəşrin məlumatına görə, Vitkof çərşənbə günü Türkiyədə prezident Vladimir Zelenski ilə görüşməlidir, lakin səfərini təxirə salıb.(Son məlumatlara görə, artıq gecə saatlarında Zelenski İstanbula gəlib və Vitkofla görüş baş tutmalıdır- S.L.)

Eyni zamanda, o, artıq Mayamidə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustam Umerovla danışıqlar aparıb.

Ukraynalı bir rəsmi "Axios"-a təsdiqləyib:

"Biz bilirik ki, amerikalılar nəsə üzərində işləyirlər".

Ağ Ev qeyd edib ki, Tramp vaxtı sülh təşəbbüsü üçün əlverişli hesab edir:

"Tərəflər çeviklik göstərərsə, qətlləri dayandırmaq və razılaşma əldə etmək üçün vaxt gəlib çatıb."

Rusiya öz vizyonunu təbliğ edir...

Dmitriyev bildirib ki, yeni plan Tramp və Putinin avqust ayında Alyaskada görüşləri zamanı razılaşdırdıqları prinsiplərə əsaslanır.

Onun sözlərinə görə, sənəd yalnız Ukrayna məsələsindən daha çox məsələni əhatə etməlidir:

"Bu, təkcə Ukraynaya deyil, Avropaya davamlı təhlükəsizlik gətirməli olan geniş bir çərçivədir."

Putin və Tramp arasında Budapeştdə görüş keçirmək planları dayandırılıb.

Avropalılar və ukraynalılar artıq məlumatlandırılır...

Amerika rəsmiləri təşəbbüs barədə Avropa paytaxtlarına məlumat verməyə başlayıblar.

"Axios" mənbələrinə görə, Ağ Ev Ukraynanı və AB-ni plana daxil edə biləcəyinə inanır və sənəd onların təkliflərinə əsasən uyğunlaşdırılacaq.

"Bu planın vaxtı artıq çatıb. Lakin bütün tərəflər praktik və real olmalıdırlar", - deyə Amerika rəsmisi bildirib.

Xatırladılır ki, Rusiyanın cəbhədə yavaş, lakin davamlı irəliləməsi fonunda Kiyev və Moskva arasında tez bir zamanda sülh razılaşması əldə etmək gözləntiləri azalır. "Reuters" qeyd edir ki, hər iki tərəf cəmiyyətlərini və iqtisadiyyatlarını potensial uzunmüddətli müharibə illərinə effektiv şəkildə hazırlayır.

S.Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Noyabr 2025 07:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri