Tramp fələstinlilərin sürgün edilməsini təklif etdi: HƏMAS qəzəbləndi
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tramp fələstinlilərin ərəb ölkələrinə sürgün təklifini irəli sürüb.
Turkustan.az xəbər verir ki, Tramp bu ölkələri Qəzzanı “təmizləmək” və “müxtəlif yerlərdə tikiləcək evlərə yerləşdirmək” üçün daha çox fələstinli qəbul etməyə çağırıb və bunun “müvəqqəti” və ya “uzunmüddətli” ola biləcəyini bildirib.
HƏMAS isə ABŞ prezidenti Donald Trampın Qəzzanı ərəb ölkələrinə sürgün etmək təklifini qəti şəkildə rədd etdiklərini açıqlayıb.
HƏMAS-ın verdiyi yazılı açıqlamada ərəb və islam ölkələrindən, xüsusilə Misir və İordaniyadan Trampın sürgün təklifini rədd etmələri ilə bağlı qərarlı mövqelərini təsdiqləmələri istənilib.
Bəyanatda aşağıdakı ifadələr yer alıb:
“Faşist sionist işğalçı ordusu tərəfindən müasir dövrün ən iyrənc soyqırımına qarşı uca dayanan və Qəzzanın şimalından köç etmək məcburiyyətində qalmasına baxmayaraq, bu cinayətə təslim olmaqdan boyun qaçıran xalqımız hər hansı köçürmə və sürgün planını qəti şəkildə rədd edir.
İordaniya kralı II Abdullahla məsələ ilə bağlı telefonda danışdığını və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə də görüşəcəyini qeyd edən Tramp, “Ərəb ölkələri ilə bir araya gəlib fələstinlilərin sülh içində yaşaya biləcəyi başqa yerdə evlər tikməyə üstünlük verərdim" deyib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 27 Yanvar 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















