Icma.az
close
up
RU
İsrail qəzəbləndi: HƏMAS yenidən hədəfdə

İsrail qəzəbləndi: HƏMAS yenidən hədəfdə

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İsrail müdafiə naziri İsrael Kats HƏMAS-ın girovların yalnız dördünün cəsədinin qalıqlarını təhvil vermək qərarını kəskin şəkildə pisləyib.

Globalinfo.az bildirir ki, nazir bunu “öhdəliklərin pozulması” adlandırıb və uyğun cavab veriləcəyini bildirib.

İsrail Müdafiə Ordusu və Daxili Təhlükəsizlik Xidməti iki israilli girovun cəsədinin qalıqlarının alındığını təsdiqləyib. Onların sözlərinə görə, yaxın vaxtlarda daha iki tabutun da İsrail tərəfinə təhvil verilməsi gözlənilir.

Eyni zamanda HƏMAS dörd nəfərin, Qay İlluz, Yossi Şarabi, Bipin Coşi və Daniel Peresin cəsədinin qalıqlarının 13 oktyabrda Qırmızı Xaça təhvil veriləcəyini açıqlayıb. Lakin prosesin dəqiq vaxtı bildirilmir.

Qeyd olunur ki, Nepal əsilli tələbə Bipin Coşinin taleyi əvvəllər rəsmi şəkildə təsdiqlənməsə də, İsrail tərəfi onun vəziyyəti ilə bağlı ciddi narahatlıq ifadə edib.

Qay İlluz “Nova” musiqi festivalında qaçırılmış, Qəzza xəstəxanasında aldığı yaralardan ölüb. Onun ölümü 2023-cü ilin dekabrında rəsmi təsdiqlənib.

22 yaşlı Daniel Peres, 7 oktyabr 2023-cü ildə HƏMAS döyüşçüləri ilə toqquşmada həlak olub. O, 7-ci zirehli briqadanın 77-ci batalyonunun tağım komandiri idi.

53 yaşlı Yossi Şarabi isə həmin gün öz evindən qaçırılıb və əsirlikdə öldürülüb.

Girov və itkin düşənlərin ailələrini birləşdirən Forum daha əvvəl açıqlayıb ki, HƏMAS İsrailə 28 nəfərdən yalnız dördünün qalıqlarını qaytaracaq. Təşkilat bunu “razılaşmanın kobud şəkildə pozulması” kimi qiymətləndirib və HƏMAS-ı “prosesin gedişini qəsdən uzatmaqda” ittiham edib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see165

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see159

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see158

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri