Tramp fövqəladə vəziyyət elan edə bilər
Icma.az bildirir, Operativmedia saytına əsaslanaraq.
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp qanunsuz miqrantların ölkədən genişmiqyaslı deportasiyasını həyata keçirmək üçün federal səviyyədə fövqəladə vəziyyət tətbiq etməyə hazır olduğuna dair xəbərləri təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Məlumata görə, siyasətçi “Truth Social” sosial şəbəkəsindəki səhifəsində “Judicial Watch” mühafizəkar fəallar qrupunun rəhbəri Tom Fittonun “Tramp milli səviyyəli fövqəladə vəziyyət elan etməyə hazırdır və o, kütləvi deportasiyalar həyata keçirmək üçün hərbi gücdən istifadə edəcək” paylaşımını yerləşdirib və paylaşımın altına “Bu doğrudur!” şərhini yazıb.
“Axios” vurğulayır ki, bu, siyasətçinin qanunsuz miqrantları ölkədən qovmaq üçün belə tədbirlər görməyə hazır olduğunu təsdiqlədiyi ilk haldır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 18 Noyabr 2024 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















