Tramp ölkə iqtisadiyyatında fövqəladə vəziyyət elan edə bilər
Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp müttəfiqlər və rəqiblər üçün ümumi rüsumlara hüquqi əsas yaratmaq məqsədilə ölkə iqtisadiyyatında fövqəladə vəziyyət elan etmək imkanını nəzərdən keçirir.
Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı vəziyyətdən xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu addım Trampa ölkədə fövqəladə vəziyyət zamanı prezidentə idxalı idarə etmək səlahiyyəti verən "Beynəlxalq iqtisadiyyatda müstəsna səlahiyyətlər haqqında Qanun"dan istifadə edərək yeni tarif proqramı yaratmağa imkan verəcək.
"Heç nə istisna edilmir", - mənbə telekanala bildirib və ölkədə fövqəladə vəziyyətin elan edilməsi məsələsinin müzakirə edildiyini təsdiqləyib.
Yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq Tramp ABŞ-yə bütün ölkələrdən idxala 10 %, Çin mallarına isə 60 % rüsum tətbiq edəcəyinə söz verib. O, həmçinin vəzifəyə başladığı ilk gün Kanada və Meksikadan idxala 25 % rüsum tətbiq edəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 08 Yanvar 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















