Icma.az
close
up
RU
Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya dəstək verəcək ƏHD sədri

Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya dəstək verəcək ƏHD sədri

Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, dünən ABŞ prezidenti ilə Zelenski arasında yaşanan gərginlik barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Bunun Putini yola gətirmək üçün razılaşdırılmış tamaşa olması ehtimalı 0.1 faizdir. Trampın Zelenskiyə nifrət etdiyi açıq-aydın görsənir və onu hakimiyyətdən uzaqlaşdırmaq üçün mümkün olan hər şeyi edəcək. Amma yalnız buna görə yox. Televiziyalar qarşısında Zelenskinin, rəsmi qonağın alçaldılması da onu nüfuzdan salmağa və Putinin könlünü oxşamağa hesablanmışdı. Yəqin ki, sonra bir “əhsən” alması üçün Putinə zəng edib deyib ki, gördün onu nə günə qoydum. Müsahibələrimin birində demişdim ki, Tramp Rusiyanın müharibədə tam və qəti qələbə çalmasının çətinliyini görür və buna görə sülhə çalışır. Tramp ABŞ-nin müttəfiqləri və qonşuları ilə münasibətlərinin korlanması üçün də mümkün olan hər şeyi edir. Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər.

- Avropa ölkələrinin Ukraynaya köməyi artırması vəziyyəti dəyişə bilərmi?

- Birmənalı şəkildə yox. Avropa Rusiya qədər silah istehsal etmir və heç kim Ukrayna tərəfdən müharibəyə qatılmaycaq. Avropalılar heç bu gün əllərində olan silahın cüzi bir hissəsini belə Ukraynaya vermirlər. Rusiyadan qorunmaq üçün saxlayırlarsa, elə Ukrayna vuruşur da. Bundan başqa Tramp görsə ki, Ukrayna qalib gəlir, bütün vasitələrlə, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək. Onun başqa seçimi yoxdur.

- Bu halda Rusiya ABŞ-ni Çin ilə üz-üzə qoya , ABŞ vasitəsilə böyük qonşularını, məsələn, elə Çini, o cümlədən Türkiyəni, İranı qorxudub özünə tabe elətdirə bilərmi?

- Mümkün ssenaridir. Amma Türkiyəyə münasibətdə bu tam mənada alınacaqmı? 2016-cı ildəki Tramp prezidentliyi dövründə, Türkiyə rəsmilərinin verdiyi açıqlamalara görə ABŞ-nin də içərisində olduğu iddia edilən dövlət çevrilişi cəhdindən sonra, Rusiya-Türkiyə münsibətləri xeyli yaxşılaşdı və inkişaf etdi.

- Tramp Rusiyanı yenidən dünyanın əsas aparıcı dövlətinə çevirə bilərmi?

- Bunun üçün Rusiyanın indikindən çox güclü iqtisadiyyatı olmalı, ABŞ daxildən çökdürülməli, Çin zəiflədilməlidir. Tramp Rusiya iqtisadiyyatının dirçəlməsi üçün həmin ölkəyə böyük investisiyalar yatıra, müasir texnologiyalar verə və onun əsas rəqiblərinə isə iqtisadi sanksiyalar tətbiq edə bilər. Bu baş versə, Putin dünyanın ən güclü siyasətçisi olduğunu təsdiq edəcək.

- Rusiyanın qələbəsini görən Çin bundan ruhlanaraq, Tayvana hücum edib ərazi bütövlüyünü bərpa edə bilərmi?

- Çinlilər çox müdrikdir və emosional qərarlar qəbul etmirlər. Məncə Çində də nə baş verdiyini anlayırlar. Ona görə Trampın prezidentliyi dönəmində buna getməzlər.

- Biz, hansı mövqedən çıxış etməliyik?

- ABŞ-dən aralı durmalı, nə müttəfiq, nə də düşmən olmamalıyıq. Rusiya ilə strateji tərəfdaşlığımızı davam etdirməli, Türkiyə ilə bütün istiqamətlərdə münasibətlərimizi daha da yaxınlaşdırmalı və iqtisadiyyatımızı inkişaf etdirməliyik. 3+3 formatında qonşu dövlətlərlə, Türk Dövlətləri Təşkilatı ilə əlaqələri və inteqrasiyanı sürətləndirməli, milli birliyimizi gücləndirməliyik.

AzNews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 01 Mart 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see125

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see118

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see118

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see116

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see114

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see114

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see113

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111

Bakının tıxaclı yolları SİYAHI

15 Aprel 2025 08:37see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri