Icma.az
close
up
RU
Gənclərdə artan müəmmalı xərçəngi araşdıran jurnalist 29 yaşında bu xəstəliyə tutuldu

Gənclərdə artan müəmmalı xərçəngi araşdıran jurnalist 29 yaşında bu xəstəliyə tutuldu

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gənclər arasında artan xərçəng hallarını araşdıran “Daily Mail” qəzetinin sağlamlıq redaktoru Konnor Boyd 29 yaşında testis xərçəngi diaqnozu alıb.

"Yeni Sabah" xəbər verir ki, illərdir sağlamlıq mövzusunda yazılar yazan, ətrafına tibbi məsləhətlər verən Boyd, öz bədənində yaranan təhlükəli əlamətləri vaxtında düzgün qiymətləndirə bilmədiyini etiraf edir.

“Xərçəng olduğumu eşidəndə donub qaldım”

Connor Boyd bildirir ki, diaqnoz anında əvvəl panika, sonra isə utanc hissi keçirib:

“İllərlə insanlara sağlamlıq məsləhətləri vermişdim. Amma indi mənə xərçəng olduğumu deyirdilər”.

O, müntəzəm idmanla məşğul olur, sağlam qidalanır, döyüş sənətləri ilə məşğul olurdu. Sağlam həyat tərzi onun həyatının ayrılmaz bir hissəsinə çevrildiyindən, xəstəliyini qəbul etmək onun üçün sarsıdıcı olub.

30 dəqiqəlik müayinə saatyarım uzandı

Connor sol xayasında badam böyüklüyündə sərtləşmiş kütlə hiss etdikdən aylar sonra ultrasəs müayinəsinə müraciət edib. Normalda 30 dəqiqə davam etməli olan müayinə saatyarım saat çəkib. Ertəsi gün səhər tezdən ona zəng edilib və həkim böyük ehtimalla xərçəng olduğunu bildirib.

Həkimlər ona həm pis, həm də yaxşı xəbər veriblər:

Pis xəbər: Xərçəng diaqnozu dəqiqləşib.

Yaxşı xəbər: Testis xərçəngi ən yüksək sağ qalma göstəricisinə malik xərçəng növlərindən biridir.

Xərçəngin bu növündə beş illik sağ qalma ehtimalı 95 faizdən yuxarıdır.

Bunun əsas səbəbləri: kimyaterapiyaya yüksək həssaslıq, xəstələrin, əsasən gənc yaşda olması, cərrahi müdaxilənin nisbətən sadə aparılması, erkən diaqnozun mümkün olması kimi faktorlardır.

Buna baxmayaraq, Connor dərhal əməliyyat olunub.

Şişin yayılma riski – 40 faiz

Əməliyyatdan sonra aparılan müayinələr zamanı onda testis xərçənginin seminom və daha aqressiv forması olan embriyonal karsinoma aşkar edilib.

Həkimlər xərçəngin geri qayıtma ehtimalının 40 faiz olduğunu bildiriblər. Risk yüksək olsa da, ağır təsirləri nəzərə alınaraq kimyaterapiya başlanmayıb və aktiv müşahidə rejimi seçilib.

Hormon pozğunluğu və bərpa prosesi

Xərçəng Connorun hormon balansını da pozub. Testosteron səviyyəsi 70 yaşlı insan səviyyəsinə enib. O, hazırda həftədə üç dəfə hormon inyeksiyası alır, gücü tədricən bərpa olunur, yenidən aktiv idmana qayıdıb.

Connor illərdir çəkdiyi şiddətli bel ağrısı və xroniki yorğunluğun əsl səbəbinin şiş olduğunu sonradan anlayıb. O, ağrıları idman zədəsi kimi qiymətləndirirmiş. Əməliyyatdan sonra ağrılar tamamilə yox olub.

Həkimdən kişilərə mühüm çağırış

Connor Boyd bütün kişiləri mütəmadi olaraq testislərini yoxlamağa çağırır:

“Əlamətlər çox kiçik görünə bilər. Amma vaxtında müayinə həyat xilas edə bilər. Mən illərlə bu barədə yazdım, amma öz bədənimdəki siqnalları dinləyə bilmədim”, o deyir.

Testis xərçəngi gənc kişilər arasında artır

Mütəxəssislər bildirir ki, testis xərçəngi əsasən 20–35 yaş arası kişilərdə qeydə alınır və son illərdə bu yaş qrupunda artım müşahidə olunur. Xəstəlik çox vaxt genetik faktorlarla əlaqələndirilir və erkən diaqnoz sağalma şansını kəskin artırır.

İlhamə Qasımlı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Dekabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri