Tramp görüşdüyü Çin liderini tanımadı “Bu kimdir?”
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ağ Evdə keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinə vaxtilə birlikdə çəkilmiş fotosunu göstərərək “Bu kimdir?” deyə soruşub.
"Bakupost" xəbər verir ki, bu barədə “Focus” məlumat yayıb.
“Bu kimdir? Mən onu tanımıram”, - ABŞ prezidenti Çin lideri ilə birlikdə çəkilmiş fotoya baxaraq deyib.
Ardınca Ağ Ev rəhbəri əlavə edib:
“Bu, möhtəşəmdir. Bizim sizə böyük hörmətimiz var. Bu fotonu burada asmışıq. Artıq bir ildir burada asılıb. Bu, böyük hörmət əlamətidir”.
ABŞ Prezidenti həmçinin sələfi Co Bayden haqqında zarafat edərək Çin Sədrini güldürüb. Tramp Cinpinə ABŞ-nin bütün dövlət başçılarının portretlərinin yerləşdirildiyi “Prezidentlərin şöhrət xiyabanı”nı göstərib. Baydenin portretinin yerində isə onun imzasının olduğu qələm təsvir edilib.
Donald Tramp fotonu Si Cinpinə göstərərək deyib: “Bu, Baydendir”.
Xatırladaq ki, ABŞ və Çin dövlət başçıları arasında görüş sentyabrın 24-də Ağ Evdə baş tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 25 Sentyabr 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















