Tramp heç bir sübut olmadan qızlar məktəbini İranın bombaladığını deyib
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp şənbə günü İranın cənubundakı qızlar ibtidai məktəbində 165-dən çox insanın ölümünə səbəb olan hücumda ABŞ-nin iştirakını təkzib edərək, günahı İranın üzərinə atıb.
Yeniavaz.com “Politico”ya istinadla xəbər verir ki, şənbə günü “Air Force One” təyyarəsində ABŞ-nin 28 fevral hücumunu həyata keçirib-keçirmədiyi soruşulduqda, Tramp heç bir dəlil olmadan “Xeyr, mənim fikrimcə, gördüklərimə əsasən, bunu İran edib” cavabını verib.
Prezidentin yanında dayanan müdafiə naziri Pit Heqset daha ehtiyatlı bir tonda hökumətin hələ də hücumu araşdırdığını söyləyib, lakin əlavə edib ki, “mülki şəxsləri hədəf alan yeganə tərəf İrandır”.
Heqsetin açıqlamasından sonra Tramp bir daha təkrarlayıb:
“Bunu İran edib”.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail qüvvələri Minabdakı qızlar ibtidai məktəbini bombalayıb və nəticədə əksəriyyəti şagirdlər olmaqla 165 nəfər dünyasını dəyişib.
Bu mövzuda digər xəbərlər:“İranın heç bir şansı yoxdur“ Tramp
05 May 2026 21:12
Tramp İranın nüvə sazişinə inamının azaldığını deyib
11 İyun 2025 16:42
Tramp İranın ABŞ la razılaşmaq istədiyini deyib
11 Fevral 2026 04:29
Tramp İranın şərtləri ilə razılaşa bilmədiyini deyib
01 May 2026 21:22
Tramp: İranın bu qarşıdurmada heç bir şansı yoxdur
05 May 2026 20:26
Baxış sayı:198
Bu xəbər 08 Mart 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















