Tramp İranın nüvə sazişinə inamının azaldığını deyib
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranın nüvə sazişinə inamının azaldığını deyib.
APA xəbər verir ki, o, bu barədə “New York Post”a müsahibəsində bildirib.
“Deyəsən, onlar vaxtı uzadır. Bu, təəssüf doğurur. İndi bir neçə ay əvvəl olduğum qədər arxayın deyiləm. Onlara nəsə oldu və indi razılaşmanın həyata keçəcəyinə daha az inanıram. Lakin onlar razılığa gəlməsələr belə, nüvə silahına sahib olmayacaqlar”, - Ağ Ev lideri qeyd edib.
Tramp İranın nüvə bombası hazırlamasına icazə verilməyəcəyini vurğulayıb.
“Ancaq bunu müharibəsiz, insanlar ölmədən etmək daha gözəl olardı”, - Tramp əlavə edib.
Bu mövzuda digər xəbərlər:Tramp ABŞ ın İranın nüvə sazişinə yaxın olduğunu bildirib
15 May 2025 15:10
Tramp: İranın nüvə enerjisinə ehtiyacı yoxdur
17 May 2025 09:21
Tramp: İranın əlindən nüvə bombasını qopardıq
23 İyun 2025 00:12
İranın nüvə obyektləri tamamilə dağıdılıb! TRAMP
25 İyun 2025 07:44
Tramp İranın nüvə obyektlərini bombalamağa hazırlaşır
17 İyun 2025 21:25
Baxış sayı:52
Bu xəbər 11 İyun 2025 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















