Icma.az
close
up
RU
Tramp hökumətini “divara dirəyiblər” İranda qızlar məktəbi qəsdlə vurulub?

Tramp hökumətini “divara dirəyiblər” İranda qızlar məktəbi qəsdlə vurulub?

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

İranda qızlar üçün nəzərdə tutulmuş məktəbə endirilən və yüzlərlə insanın ölümü ilə nəticələnən raket zərbəsi ilə bağlı yekun qiymətləndirmə yaxın günlərdə ABŞ Konqresinə təqdim olunacaq.

“AzPolitika” bildirir ki, bu barədə ABŞ mediası mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, son günlər hücumun ehtimal ki, ABŞ tərəfindən həyata keçirildiyinə dair məlumatların sayı artır.

ABŞ administrasiyasındakı iki rəsmi şəxs bildirib ki, hücumun Amerika hərbçilərinin köhnəlmiş kəşfiyyat məlumatlarından istifadə etməsi nəticəsində baş verməsi ehtimalını göstərən sübutlar getdikcə çoxalır. 

Lakin mənbələr qeyd edir ki, araşdırma hələ yekunlaşmayıb və ilkin qiymətləndirmə xarakteri daşıyır. Raket zərbəsi fevralın 28-də İranın cənubundakı Minab şəhərində yerləşən qızlar üçün ibtidai məktəbə endirilib. Yerli hakimiyyətin məlumatına görə, hücum nəticəsində azı 175 nəfər həlak olub, onların 168-i uşaqdır.

Hadisə son onilliklərdə ABŞ hərbçilərinin iştirakı ilə baş vermiş ən ölümcül mülki itkilərdən biri kimi qiymətləndirilə bilər.

ABŞ müdafiə naziri Pit Heqset və digər rəsmi şəxslər bəyan ediblər ki, ABŞ mülki əhaliyə qarşı qəsdən zərbə endirmir.

ABŞ Prezidenti Donald Trump isə əvvəlcə hücumun arxasında İranın özünün dayana biləcəyini ehtimal etdiyini bildirmişdi. Lakin martın 11-də jurnalistlərin suallarını cavablandırarkən o, hadisə barədə kifayət qədər məlumatının olmadığını və araşdırmanın nəticələrini gözlədiyini deyib.

“Reuters” agentliyinin məlumatına görə, araşdırmanın ilkin nəticələri ilə tanış olan iki mənbə bildirib ki, ABŞ Mərkəzi Komandanlığının hədəf seçimi zamanı istifadə etdiyi məlumatlar böyük ehtimalla köhnəlmiş kəşfiyyat məlumatlarına əsaslanıb. Bunun hədəf seçimi prosesinə necə daxil edildiyi və zərbədən əvvəl niyə yenidən yoxlanılmadığı hələlik aydın deyil.

Məktəbin internet saytının arxiv versiyalarına görə, təhsil müəssisəsi İranın elit hərbi qurumu olan SEPAH ilə əlaqəli kompleksin yaxınlığında yerləşib. İstintaqçılar araşdırırlar ki, həmin ərazi ilə bağlı əvvəlki kəşfiyyat məlumatlarında hərbi obyektlərin məktəbə daha yaxın göstərilməsi hədəfin səhv müəyyən edilməsinə səbəb ola bilərdimi.

Pentaqonun nümayəndəsi ilkin nəticələri şərh etməkdən imtina edərək yalnız “insident araşdırılır” deməklə kifayətlənib. 

Bununla belə, ABŞ rəsmiləri qeyri-rəsmi şəkildə bildirirlər ki, Konqres üzvlərinə yaxın vaxtlarda ilkin məlumat təqdim olunacaq. ABŞ rəsmilərindən biri bildirib: “Hazırda hədəfin müəyyən edilməsində səhv ehtimalına işarə edən əlamətlər var. Lakin araşdırma davam edir və istintaq tamamlanmadan qəti nəticə çıxarmaq tezdir”.

Hadisə ABŞ Konqresində ciddi narazılıq doğurub. Qanunvericilər məsul şəxslərin müəyyən olunmasını və məsuliyyətə cəlb edilməsini tələb edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Mart 2026 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri