Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

TRAMP İRANDA DİVARA ÇIRPILDI Məşhur ABŞ li general bütün sirrləri açdı

TRAMP İRANDA DİVARA ÇIRPILDI Məşhur ABŞ li general bütün sirrləri açdı

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

"Biz Müctəbanın atasını və həyat yoldaşını öldürdük... İndi isə deyirik ki, gəl razılığa gələk"

"Hər şey 1953-cü ildən – ABŞ və Böyük Britaniyanın qanuni seçilmiş baş naziri devirib şahı hakimiyyətə gətirdiyi vaxtdan başlayır..."

İraq müharibəsinin veteranı və antiterror əməliyyatlarının keçmiş rəhbəri, general Stenli Makkristal kolumnist Devid Frençlə söhbətində ABŞ-ın İrana qarşı hazırda həyata keçirdiyi əməliyyatın planlaşdırılmasını kəskin tənqid edib.

Generalın sözlərinə görə, Vaşinqton növbəti dəfə havadan endirilən nöqtə zərbələrinin imkanlarını həddindən artıq yüksək qiymətləndirib, tarixi incikliklərin dərinliyini və rəqibin qətiyyətini isə lazımi dərəcədə nəzərə almayıb.

"Biz yenə də şirnikləndirici bir fikrə qapıldıq, Hesab edirik ki, əgər əsas hədəfləri bombalasaq, istədiyimiz nəticəni əldə edəcəyik. Lakin nəticə insanların beyinlərindədir. Əgər siz hamını öldürmək fikrində deyilsinizsə, deməli, yekun nəticəyə təsir edə bilməyəcəksiniz. Belə deyə bilərik Tramp İranda divara çırpıldı" -  deyə Makkristal bildirib.

General Amerika administrasiyalarının mütəmadi olaraq uyuşduğu üç əsas "tələni" xatırladıb:

-Guya gizli qalacaq məxfi əməliyyatlar;

-Venesuelada olduğu kimi xüsusi təyinatlıların "cərrahi" reydləri;

-Hazırda ən təhlükəlisi olan - aviasiyanın həlledici gücünə olan inam.

"Biz aviasiyanı sevirik. İkinci Dünya Müharibəsindən bəri inanırıq ki, bombardmançılar həmişə keçib hər şeyi həll edəcək. Amma bu, heç vaxt belə olmayıb," - deyə o qeyd edib.

Makkristal xüsusi vurğulayıb ki, İrana qarşı hazırkı əməliyyat keçmişin səhvlərini təkrarlayır: "2003-cü ildə biz İraqa 'şok və dəhşət' taktikası ilə girdik, sonra isə orada on il ərzində yerdə vuruşmalı olduq. İndi isə yenə inanmışıq ki, əsas hədəfləri bombalamaq rejimin davranışını dəyişəcək. Lakin nəticə geosiyasi hesablamalarla deyil, insanların qəlbindəkilərlə müəyyən olunur".

Frençin müasir texnologiyaların – kamikadze dronlar, yüksək dəqiqlikli müşahidə və İran strukturlarına dərin nüfuz etmənin vəziyyəti dəyişib-dəyişmədiyi barədə sualına Makkristal skeptik yanaşıb: "Mən 'bu dəfə hər şey fərqlidir' ifadəsini sevirəm. Razıyam ki, imkanlar artıb. Amma dinamikanın həlledici dərəcədə dəyişdiyini nə görürəm, nə də hiss edirəm".

General rejimin "başsız qoyulması" (liderlərin qətlə yetirilməsi) cəhdlərini də ayrıca qiymətləndirib: "Biz onun (İranın hazırkı ali lideri Müctəba Xameneinin) atasını və arvadını öldürdük... İndi isə deyirik: 'Bax, indi o, danışıqlara daha meyilli olacaq'. Mənim üzərimdə bu, əks effekt verərdi".

Xüsusi diqqət Hörmüz boğazı probleminə ayrılıb: "Onu açmaq çətin olacaq. Biz İranı asanlıqla bombalaya bilərik, lakin söhbət yerdəki nəzarətdən gedəndə sən artıq 30 min fut yüksəklikdə deyilsən, düşmənlə eyni səviyyədə - altı futdasan. Boğazda həftədə bir minanın partlaması və ya mülki tankerə hücum kifayətdir ki, sığortaçılar gəmiləri sığortalamaqdan imtina etsinlər. Vəssalam – hərəkət iflic olur".

General ABŞ hərbçiləri üçün risklər barədə də xəbərdarlıq edib. İndi itkilər azdır, lakin müharibə uzanarsa və quru qoşunlarının iştirakı tələb olunarsa, vəziyyət dəyişəcək. "Hər bir həlak olan hərbçi – bir ailə və bir itkidir. Zamanla isə cəmiyyətdə məyusluq və parçalanma artır".

Makkristal Müharibə naziri (Pentaqon rəhbəri) Pit Heqsetin üslubunu da ayrıca şərh edib: "Yuxarıdan gələn atmosfer məni məyus edir. Mənim birlikdə xidmət etdiyim elita inanılmaz işlər görüb, lakin heç vaxt sinəsinə döyməyib. Təhlükə ondadır ki, 18 yaşlı əsgərlər bunu görür və düşünürlər: 'Bax belə olmaq lazımdır – biz hamıdan üstünük'".

Generalın fikrincə, müasir müharibənin reallığı "əzələ" deyil, intellekt, logistika və innovasiya tələb edir: "Hərbi qulluqçuların əksəriyyəti kəşfiyyat, rabitə və təminatdır. Əgər biz hamıdan müharibə naziri kimi görünməyi tələb etsək, bu, fəlakət olar".

"Hər bir müharibənin birinci mərhələsi həmişə ən asan mərhələ kimi görünür. Bu ilk mərhələdən həzz alın. Çünki bundan sonra gələn hər şey qat-qat çətin olacaq" - Makkristal bəyan edib.

General əlavə edib ki, tam tarixi konteksti anlamadan hazırkı əməliyyatın niyə dalana dirənmək riski daşıdığını başa düşmək mümkün deyil: "1988-ci ildə ABŞ-nin 'USS Vincennes' kreyseri səhvən İran sərnişin təyyarəsini F-14 qırıcısı sanaraq vurdu – 290 dinc sakin həlak oldu. O dövrə baxanda İran bizi başa düşülməyən səbəblərdən nifrət edən inadkar bir düşmən kimi görünürdü. 2007-ci ildə mən antiterror qrupuna rəhbərlik edirdim. Biz İranın dəstəklədiyi şiə qruplaşmaları ilə mübarizə üçün tamamilə yeni bir bölmə yaratmalı olduq. Onlar bizi öldürürdü, biz də onları. İrana əzəli düşmən kimi baxmağa başlayırsan. Lakin ABŞ-da hadisələrə çox qısa zaman çərçivəsində baxmaq meyli var".

Onun sözlərinə görə, 71 yaşlı iranlılar üçün hər şey 1953-cü ildən – ABŞ və Böyük Britaniyanın qanuni seçilmiş baş naziri devirib şahı hakimiyyətə gətirdiyi vaxtdan başlayır: "Onlar 'Amerikaya ölüm' deyəndə amerikalıların çoxu soruşurdu: 'Problem nədir? Niyə bizə qəzəblisiniz?'"

Daha sonra gələn 8 illik İran-İraq müharibəsi İran cəmiyyətində dərin izlər qoyub: "Bu təcrübə Birinci Dünya Müharibəsindən iki dəfə uzun sürüb və ruhanilər bu gün də həmin nəslin dəstəyinə arxalanırlar".

Makkristal teokratiya ilə müharibənin digər təhlükəsini onun tərəfdarlarının sədaqətində görür: "Mən buna əvvəldən əbəs bir ümid kimi baxırdım, çünki rəqib tamamilə fərqlidir: Cənubi Amerika diktatoru bir şeydir, İslam inqilabi rejimi tam başqa bir şey. Burada bağlılıq səviyyəsi teolojidir, bəzən isə apokaliptikdir. İraqda yaralı şiə döyüşçülərini müalicə edən həkimlər danışırdılar ki, hətta ölümcül yaralılar belə onları xilas edənləri dişləməyə, zərər verməyə çalışırdılar. Sədaqət dərəcəsi belə idi".

İran müxalifətinə gəlincə, general qeyd edib ki, hazırda o, demək olar ki, görünmür. "Mən müxalifət liderinin adını çəkə bilmərəm. 'İran Azadlıq Cəbhəsi' kimi bir şey tanımıram. Şahın oğlunun dünyanı gəzdiyini bilirəm, lakin onun legitim alternativ olduğuna inanmıram. Hesab edirəm ki, biz iranlıların dəyişiklik istəyinin real gücünü sadəcə qiymətləndirə bilmirik. Və əlbəttə ki, müharibə tez-tez insanları öz hökuməti ətrafında birləşməyə məcbur edir. Mən bir amerikalı kimi bizim tərəfin qalib gəlməsini istəyirəm, lakin eyni hissləri bəlkə iranlılar da keçirir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Mart 2026 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see661

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see346

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see336

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see320

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see309

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see307

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see287

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see278

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see276

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see260

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see256

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see236

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see224

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see224

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see224

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see217

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see213

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see209

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see203

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri