Tramp: Husilər kapitulyasiya etdilər, onları daha bombalamayacağıq
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"ABŞ Yəməndəki "Ənsar Allah" hərəkatından olan husiləri bombalamağı dayandıracaq, çünki onlar kapitulyasiya ediblər".
Oxu.Az xəbər verir ki, bunu Birləşmiş Ştatların Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Onlar vuruşmaq istəmirlər. Husilər Qırmızı dənizdə gəmilərə hücum etməmək vədini veriblər. Bizim hərəkətlərimizin məqsədi elə bundan ibarət idi", - deyə o vurğulayıb.
Xatırladaq ki, martın 15-də D.Tramp Yəməndəki husilərə qarşı hərbi əməliyyatlara başlamaq əmrini verib.
Baxış sayı:81
Bu xəbər 06 May 2025 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















