Icma.az
close
up
RU
Tramp ideologiyasının “vurğunu” ikinci tura adladı

Tramp ideologiyasının “vurğunu” ikinci tura adladı

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

General mer sağçı namizədə qarşı...

Rumıniyada keçirilən təkrar prezident seçkilərinin birinci turunda ölkədə qatı sağçı kimi tanınan, hətta millətçi hesab edilən “Rumınların Birləşməsi Alyansı”nın (AOR) lideri George Simion qalib gəlib. Rumıniya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bütün bülletenlər hesablandıqdan sonra o, səslərin 40,96 faizini toplayıb. Siyasətçi mütləq səs çoxluğu qazanmadığı üçün seçkilərin ikinci turu olacaq. İkinci turda Simionun rəqibi 20,99 faiz səs toplayan sağ mərkəzçi “Rumıniyanın xilası ittifaqı”nın yaradıcısı, Buxarest meri general Nikusor Dan olacaq.

Fəallıq aşağı olub...

Qeyd edək ki, ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərin birinci turunda təxminən 9,57 milyon nəfər və ya səsvermə hüququ olan Rumıniya vətəndaşlarının ümumi sayının 53,2 faizi səs verib. Xaricdəki seçki məntəqələrində 973 min nəfər səsvermə hüququndan istifadə edib. Məlumata görə, keçirilən prezident seçkilərində fəallıq 2024-cü ildəkindən aşağıdır.

Qalib gəlmiş George Simion birinci turun nəticələrini şərh edərək, səsverməni “Rumıniya ləyaqətinin qələbəsi” adlandırıb və seçicilərə dəstəyə görə təşəkkür edib. Qeyd edək ki, Simion Rumıniyanın Moldova ilə birləşməsinin tərəfdarıdır və Ukraynaya hərbi yardımı tənqid edir - O, öz siyasi addımlarında Trampın MAGA ideologiyasının (Make America Great Again - RBC) tərəfdarı kimi xarakterizə edilir.

Antoneskudan çağırış...

Birinci turda üçüncü yeri tutan və 20,09 faiz səs toplayan “Rumıniya, İrəli” sol mərkəzçi alyansının dəstəklədiyi Krin Antonesku ikinci tura keçə bilməyib. Antonesku məğlubiyyətini etiraf edib - bu barədə Rumıniyanın “Hotnews” portalı məlumat yayıb. Seçki qərargahında tərəfdarları qarşısında çıxış edən Antonesku səsvermənin ilkin nəticələrini qəbul etdiyini bildirib və onun namizədliyini dəstəkləyən partiyalara təşəkkür edib. O, vətəndaşları mayın 18-də keçiriləcək ikinci turda iştirak etməyə çağırıb, seçicilərin iradəsinə hörmətlə yanaşdığını vurğulayıb. “Yəqin ki, ikinci turda kimi dəstəkləyəcəyimi soruşacaqsınız. Mən koalisiyanın üzvü olmamışam. Öz proqramımı, insanların səs verdiyi ideyalarımı təqdim etmişəm. Mən seçiciləri səsvermədə iştiraka çağırıram və bildirirəm ki, qalan namizədlərdən hansının oxşar ideyaları olacaqsa, həmin namizədə səs versinlər”, - Antonesku deyib.

Təsdiqlənməyən “prezident”, yeni baş nazir...

Hazırda ən mühüm sual ötən ilin sonunda baş tutan və nəticələri ləğv olunan seçki prosesində qalib gəlmiş ifrat sağçı Kalin Georgeskunun “taleyidir”. Vurğulayaq ki, bu seçkilərin qalibi Simion bildirmişdi ki, təkrar prezident seçkilərində qalib gəlsə, əvvəlki seçkilərin birinci turunda qalib gələn Georgesku bu və ya digər şəkildə hökumətdə təmsil olunacaq. Belə ki, Simion “Financial Times”a bildirib ki, seçkidə qalib gələcəyi təqdirdə, səlahiyyəti dayandırılmış namizəd Georgesku baş nazir də daxil olmaqla rəhbər vəzifələrdən birini tuta bilər.

Qeyd edək ki, 2024-cü ilin 24 noyabrında keçirilmiş prezident seçkilərinin birinci turunda sağçı Kalin Georgesku lider olmuşdu. O, seçki kampaniyası üçün rəsmi olaraq heç bir maliyyə xərci göstərmədən və əvvəlki sorğularda aşağı nəticələr əldə etməsinə baxmayaraq, 23 faizə yaxın səs toplamışdı. Dekabrın əvvəlində Rumıniya prezidenti Klaus İohannis tərəfindən deklasifikasiya olunan kəşfiyyat sənədləri, seçkilərin nəticələrinin xarici müdaxilə ilə təhrif olunduğunu ortaya qoyub. Bildirilir ki, sənədlərə əsasən 2016-cı ildə yaradılmış və uzun müddət fəaliyyətsiz qalmış təxminən 800 TikTok hesabı seçkilərdən əvvəl aktivləşərək Georgeskunun dəstəkləyən məzmunlar paylaşmağa başlayıb. Əlavə olaraq, seçkilərdən iki həftə əvvəl 25,000-dən çox “TikTok” hesabı aktivləşib və bu hesablar koordinasiyalı şəkildə Georgeskunun kampaniyasını təbliğ edib. Eləcə də, kampaniyanın “Telegram” üzərindən təşkil olunduğu və bəzi influencerlərə ödənişlər edildiyi müəyyən olunub. Seçkilər zamanı Rumıniya hökumət sistemlərinə 85,000-dən çox kiberhücum cəhdinin qeydə alınması ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlara əsaslanaraq, Rumıniya Konstitusiya Məhkəməsi 6 dekabr 2024-cü ildə seçkilərin nəticələrini ləğv edib və yeni seçkilərin keçirilməsinə qərar verib.

ABŞ və Avropa İttifaqı seçkilərin ləğvindən sonra Rumıniyada demokratiyanın vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə etmişdilər. ABŞ Dövlət Departamenti Rumıniyaya seçki müşahidəçiləri göndərmişdi və seçki prosesinin şəffaflığını təmin etməyə çağırış olunmuşdu. Avropa Komissiyası isə TikTok platformasından seçkilərlə bağlı məlumatları təqdim etməsini tələb etmişdi və platformada xarici müdaxilənin qarşısının alınması üçün tədbirlər görülməsini bildirmişdi.

Qatı millətçi dalğa davam edir...

Göründüyü kimi, Avropa kontingentində liberal mediasiyanın məğlubiyyəti davam etməkdədir. Vurğulandığı kimi, son iki ildə Avropanın bir sıra ölkələrdə qatı millətçi və radikal sağçı partiyalar ya hakimiyyətə gəlib, ya da hökumət koalisiyalarında mühüm rol oynamağa başlayıblar. Məsələn, 2023-cü ilin noyabrında Niderlandda keçirilən parlament seçkilərində sağ populist Azadlıq Partiyası (PVV) 37 mandat qazanaraq parlamentdə ən böyük fraksiya olmuşdu.  2024-cü ilin mayında bu siyasi qüvvə digər təşkilatlarla birgə koalisiya hökuməti qurdu. Bu hökumət Avropada ən sağçı hökumətlərdən biri kimi qiymətləndirilir. 

Eləcə də Avstriyada 2024-cü ilin sentyabrında keçirilən parlament seçkilərində radikal sağçı Azadlıq Partiyası (FPÖ) 28.8 faiz səs toplayaraq birinci olmuşdu.  Bu, İkinci Dünya Müharibəsindən sonra Avstriyada ilk dəfə radikal sağ partiyanın seçkilərdə qalib gəlməsi idi.  2022-ci ilin sentyabrında İtaliyada keçirilən seçkilərdə Georgiya Meloninin rəhbərlik etdiyi “İtaliyanın Qardaşları” (FdI) partiyası qalib gələrək koalisiya hökuməti qurdu. Meloni İkinci Dünya Müharibəsindən sonra İtaliyanın ilk qadın baş naziri və ən sağçı lideri kimi tarixə düşdü. Finlandiyada isə Koalisiya Partiyası (NCP) və radikal sağçı Finlər Partiyası (Finns Party) koalisiya hökuməti qurub. 2024-cü ilin iyununda Belçikada keçirilən parlament seçkilərində sağ mərkəzçi Yeni Flaman Alyansı (N-VA) və radikal sağçı “Vlaams Belang” partiyaları ön sıralarda yer aldı. Rumıniya da daxil olmaqla bu və digər nümunələr göstərir ki, son illərdə Avropada radikal sağ və qatı millətçi partiyaların təsiri artmaqdadır.  Bu partiyalar, miqrasiya, milli suverenlik və AB-yə qarşı skeptik mövqeləri ilə seçicilərin dəstəyini qazanırlar.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 May 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri