Tramp idxal rüsumlarının tətbiqində istisna halların ola biləcəyini deyib
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp xarici məhsullara idxal rüsumlarının tətbiqi məsələsində istisna hallara yol verilə biləcəyini bildirib.
APA xəbər verir ki, o bu haqda Cümə günü Ağ Evdə danışıb.
“İstisnalar mümkündür. Əgər görsək ki, kimsə bizim üçün xüsusi bir şey edib, bu zaman istisna hal tətbiq oluna bilər. Əsas rüsum dərəcəsi minimum 10% olacaq. Bəzi ölkələr üçün bu göstərici daha yüksək olacaq”, - Tramp deyib.
O həmçinin qeyd edib ki, Vaşinqton yaxın vaxtlarda 4-5 ticarət sazişi bağlamağı planlaşdırır.

Tramp idxal rüsumlarının tətbiqində istisna halların ola biləcəyini deyib
10 May 2025 06:19
Tramp məğlub ola biləcəyini istisna
05 Noyabr 2024 12:57
Tramp Qrenlandiyaya qoşun göndərə biləcəyini deyib
05 May 2025 02:44
Tramp Rusiya Ukrayna münaqişəsində Kiyevin tərəfini tuta biləcəyini istisna etmədi
29 Aprel 2025 19:12
Tramp bu il Si Cinpinlə görüşə biləcəyini deyib
20 Mart 2025 06:51

