Tramp İlham Əliyevə təşəkkür edib
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Biz daha bir müharibəni həll etdik - Ermənistanla Azərbaycan arasında".
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində bəyanatla çıxış edərkən deyib.
Ermənistanla Azərbaycan arasında münaqişənin həllindən danışan Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə avqustun 8-də keçirilmiş görüşünü xatırlayıb:
"Mən onlarla Oval Ofisdə görüşəndə bir-birinə əks tərəfdə oturmuşdular. Təxminən 31 il vuruşdular, amma işimizi bitirdiyimiz zaman hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox yaxşı anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, inanılmazdır", - deyə Tramp əlavə edib.

İcma İlham Əliyevə təşəkkür edib
08 Yanvar 2025 11:37
Şahbaz Şərif İlham Əliyevə təşəkkür edib
16 May 2025 12:59
FIFA prezidenti İlham Əliyevə təşəkkür edib
14 Noyabr 2024 13:49
Dini Liderlərdən İlham Əliyevə təşəkkür
06 Noyabr 2024 13:24
Tokayev İlham Əliyevə təşəkkür etdi
21 May 2025 15:38

