Meloni İlham Əliyevə təşəkkür edib
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corcia Meloni məlumat verib.
"Eni"dən sonra IP də ölkə miqyasında yanacağın qiymətlərini məhdudlaşdırmaq qərarına gəlib. Bu, italyan ailələrinə diqqətin və yanacaq xərclərinin azaldılmasına konkret töhfə verə biləcəyimizin təsdiqinin vacib əlamətidir", - Meloni deyib.
O, iki ölkə arasında əməkdaşlığı gücləndirən bu addıma görə Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkür edib.
Daha əvvəl SOCAR IP paylama şəbəkəsində benzin və dizel yanacağının qiymətlərini məhdudlaşdırmağa hazır olduğunu açıqlayıb. Şirkət qeyd edib ki, qiymət həddi minlərlə operatoru əhatə edən təchizat zəncirinin davamlılığını təmin etmək zərurəti nəzərə alınmaqla müəyyən olunacaq.
SOCAR vurğulayıb ki, bu, şirkətin İtaliya hökumətinin geosiyasi qeyri-sabitlik və bunun qlobal təchizat zəncirlərinə təsiri səbəbindən altı aydan çoxdur ki, yüksək yanacaq qiymətləri ilə üzləşən ailələrə və müəssisələrə dəstək olmaq çağırışına cavabıdır.
Qiymət məhdudiyyətləri IP şəbəkəsindən başlayaraq mərhələlərlə tətbiq ediləcək.(report)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 28 Sentyabr 2026 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















