Icma.az
close
up
RU
Tramp inauqurasiyadan dərhal sonra 100 ə yaxın sərəncam imzalamağı planlaşdırır

Tramp inauqurasiyadan dərhal sonra 100 ə yaxın sərəncam imzalamağı planlaşdırır

Icma.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezidentliyə başladığı ilk gündə 100-ə yaxın sərəncam imzalamaq niyyətində olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Respublikaçılara yaxın jurnalistlər məlumat verib.

“Vəzifəyə gəldikdən sonra bir neçə saat ərzində onlarla fərman imzalayacağam, onların sayı yüzə yaxın olacaq”, - deyə seçilmiş Amerika liderinin sözlərindən mətbuat xidməti sitat gətirib.

Tramp əlavə edib ki, sənədlər “vəzifədən gedən ABŞ prezidenti Co Baydenin etdiyi bir çox şeyi ləğv etmək məqsədi daşıyacaq.

Daha əvvəl Trampın seçki kampaniyasının baş iqtisadi məsləhətçisi Stiven Mur demişdi ki, yeni dövlət başçısı vəzifəsinin ilk günündə 50-100 fərman imzalaya bilər, yaxın həftələrdə daha çox fərman imzalanacaq. İqtisadçı hesab edir ki, sərəncamların əksəriyyəti enerji məsələlərinə həsr olunacaq. Beləliklə, Tramp Baydenin enerji istehsalına və müəyyən ərazilərdə yeni neft və qaz yataqlarının işlənməsinə qadağalar, elektrik nəqliyyat vasitələrinin istifadəsi, təmiz enerjinin inkişafı proqramlarının maliyyələşdirilməsi və ekoloji standartların sərtləşdirilməsi ilə bağlı sərəncamlarını ləğv edə bilər.

Trampın andiçmə mərasimi yanvarın 20-də günorta saatlarında baş tutacaq. Vaşinqtonda temperaturun -11 dərəcə Selsiyə düşəcəyi gözlənilir, Tramp və ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Ceyms Devid Vens

andiçmə mərasimini əvvəlcədən nəzərdə tutulduğu kimi Konqresin binası qarşısında deyil, 40 ildə ilk dəfə olaraq onun mərkəzi zalında, 1000-dən çox adamı çətinliklə qəbul edə bilən Rotundada edəcək.

Mərasim öncəsi Vaşinqtonda təhlükəsizlik tədbirləri gücləndirilib. Ağ Evə və Konqresə bitişik olan şəhər mərkəzinin çox hissəsi avtomobillərin hərəkəti üçün bağlıdır.

Kapitoli təpəsi mühasirəyə alınıb və bir neçə gündür ki, geniş ictimaiyyət içəri buraxılmır.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Yanvar 2025 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri