Tramp rüsumları 100% ə qaldırdı
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp xaricdən ölkəyə gətirilən pilotsuz uçuş aparatlarına (PUA) və onların komponentlərinə 100%-dək gömrük rüsumunun tətbiqini nəzərdə tutan sənəd imzalayıb.
Modern.az xəbər verir ki, qərar ABŞ-nin milli təhlükəsizliyi və ölkənin xarici dron istehsalçılarından asılılığının azaldılması ilə əsaslandırılıb.
Yeni qaydalara əsasən, milli təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyan müəyyən ölçü və imkanlara malik dronlara 100% rüsum tətbiq ediləcək. Daha kiçik PUA-lar üçün isə rüsum 25% müəyyənləşdirilib.
Bundan başqa, Avropa İttifaqı, Yaponiya, Lixtenşteyn, Cənubi Koreya, İsveçrə və Tayvandan gətirilən dron və komponentlərə 15%, Böyük Britaniyadan idxal olunan dronlara isə 10% rüsum tətbiq olunacaq.
ABŞ administrasiyası hesab edir ki, ölkənin dron və onların əsas komponentləri üzrə xarici təchizatçılardan asılılığı milli təhlükəsizlik və kibertəhlükəsizlik baxımından risk yaradır. Yeni rüsumların məqsədlərindən biri də ABŞ-də yerli dron istehsalını genişləndirməkdir.
Qərarın əsas hissəsinin 21 gün sonra, daha az həssas hesab edilən bəzi komponentlər üzrə rüsumların isə 180 gün sonra qüvvəyə minəcəyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 14 Avqust 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















