Icma.az
close
up
RU
Tramp indi də Belarusla Belçikanı səhv salıb “Bu elan səhvdir!”

Tramp indi də Belarusla Belçikanı səhv salıb “Bu elan səhvdir!”

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın administrasiyası səhvən Belçikanı yeni "Sülh Şurası"nda iştirak etməyə razılıq verən ölkələrin siyahısına daxil edib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Belçikanın Xarici İşlər naziri Maksim Prevo bəyanat yayıb. Flamand Yayım Təşkilatındakı (VRT) məlumatlı mənbələrə görə, Ağ Ev Belçikanı Belarusla səhv salıb.

Prevo sosial media platforması X-də yazıb: "Belçika "Sülh Şurası" müqaviləsini imzalamayıb. Bu elan səhvdir. Biz ortaq və əlaqələndirilmiş Avropa cavabı istəyirik. Bir çox digər Avropa ölkələri kimi, bu təkliflə bağlı şübhələrimiz var".

Belçika kabinetindəki VRT mənbələri əlavə edib ki, Belçika "heç vaxt xartiyanı imzalamaq niyyətini bəyan etməyib" və Amerika tərəfinə onu indiki formada imzalaya bilməyəcəyini izah edib.

Daha əvvəl “NBC News” anonim mənbəyə istinadla Belçikanın əvvəlcə "Sülh Şurası" xartiyasını imzalamağa razılıq verdiyini, lakin son anda geri çəkildiyini bildirib. Belçika tərəfi bu məlumatın yalan olduğunu iddia edir.

22 yanvarda Tramp Davos Forumunda "Sülh Şurası"nın xartiyasını imzalayıb. Yeni quruma qoşulmaq üçün dəvətnamələr 60 ölkəyə göndərilib. ABŞ administrasiyasının rəsmilərinin sözlərinə görə, 35 ölkə dəvətə cavab verib. Mərasimdə 19 ölkədən nümayəndələr iştirak edib: Azərbaycan, Argentina, Ermənistan, Bəhreyn, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Qətər, Kosovo, Mərakeş, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Paraqvay, Səudiyyə Ərəbistanı, Türkiyə və Özbəkistan. Belarus Prezidenti Aleksandr Lukaşenko Davosda iştirak etməyib, lakin onun mətbuat xidməti sənədi Minskdə imzaladığını bildirib.

Belçikadan başqa, Birləşmiş Krallıq, Fransa, Norveç, Sloveniya və İsveç rəsmi olaraq şuradan imtina edib. Digər aparıcı Avropa ölkələri ya qoşulmaq niyyətində deyil, ya da özlərinin dediyi kimi, "məsələni araşdırırlar". AB ölkələrindən yalnız Macarıstan və Bolqarıstan Sülh Şurasına qoşulmaq üçün sənədi imzalayıb.

“The New York Times” qəzeti xəbər verir ki, bir çox Avropa rəsmisi bu təşəbbüsü Trampın İkinci Dünya müharibəsindən sonrakı beynəlxalq sistemi məhv etmək və onun rəhbərliyi altında yeni bir sistem yaratmaq cəhdi kimi görür.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Yanvar 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri