Icma.az
close
up
RU
İsveçrəni və Belçikanı belə “qabaqladıq”

İsveçrəni və Belçikanı belə “qabaqladıq”

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yol polisinin statistikası bu dəfə də ürəkağrıdan idi. Cari ilin 10 ayı ərzində yol qəzalarında 601 nəfər həyatını itirib. Müsbət məqam budur ki, ölüm halları azalmaq üzrə gedir. Bəs bu göstərici 10 milyon nəfər əhalisi, təxminən 1,5 milyon nəqliyyat vasitəsi olan ölkə üçün çoxdur, yoxsa az? 

Avtosfer.az xəbər verir ki, 9,1 milyon əhalisi olan İsveçrədə 6,4 milyon avtomobil, 12 milyon əhalisi olan Belçikada 6,1 milyon motorlu nəqliyyat vasitəsi var. Hər 2 ölkənin ərazisi Azərbaycandan yarıbayarı azdır.  Statistikadan da görünür ki, bu ölkələrin yollarında intensivlik çoxdur. Siyahıya hər gün qonşu ölkələrdən nəzarətsiz qaydada (Şengen zonası ölkələri) gələn on minlərlə avtomobili nəzərə alsaq, onda nəqliyyat sıxlığını təsəvvür etmək çox da çətin olmaz. 
Lakin bunların fonunda sözügedən ölkələrdə yol qəzalarında ölüm sayı bizdən dəfələrlə azdır. 2023-cü ildə baş verən yol qəzalarında İsveçrədə 236, Belçikada 501 nəfər həlak olub. Nəzərə alaq ki, Belçika əsasən düzənlik olsa da, İsveçrə ərazisinin yarıdan çoxunu dağlar təşkil edir. İlin böyük hissəsi meteoroloji şərait maşın sürmək üçün əlverişli deyil. Dekabrdan aprelədək yolların çoxu qar və buzla örtülü olur. Bununla belə, qəzalar azalır.
Lakin hər 2 ölkə ilə bizi birləşdirən “dəyərlər” də var. Aramızda təxminən 5 min km məsafə olsa da, dil, din və mədəniyyət oxşarlığımız olmasa da, İsveçrə və Belçikada da ölümlə nəticələnən qəzaların başlıca səbəbi sürət rejiminin düzgün seçilməməsi olub. Digər səbəblər də bizdən çox da fərqlənmir.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Dekabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see363

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see312

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see309

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see298

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see279

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see279

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see270

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see263

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see258

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see257

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see250

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see241

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see239

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see237

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see230

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see229

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see226

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see221

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see220

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri