Tramp indi də Süveyş kanalına göz dikdi: Bizə ödənişsiz olsun...
Icma.az, Adelet.az saytına istinadən bildirir.
ABŞ prezidenti Donald Tramp hərbi və ticarət gəmilərinin Panama kanalından sonra Süveyş kanalından da ödəniş etmədən keçməsini tələb edib.
Adalet.az xəbər verir ki, aprelin əvvəlində Tramp misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə söhbətində Amerika gəmilərinin Süveyş kanalından ödənişsiz keçidinə nail olmaq istədiyini bildirib.O, həmçinin əmindir ki, Amerika gəmiləri Atlantik və Sakit Okeanları birləşdirən Panama kanalından keçərkən gömrük maneələri olmamalıdır.
Bu barədə mənbələrə istinadən The Wall Street Journal (WSJ) məlumat yayıb.
Nəşr bildirir ki, Tramp bildirib ki, ABŞ hərbi yardım və kəşfiyyat mübadiləsi yolu ilə Husilərə qarşı əməliyyatlarında Misirin dəstəyini təmin etmək istəyir. O qeyd edib ki, bu, Süveyş kanalı vasitəsilə nəqliyyatın hərəkətini yaxşılaşdıra bilər. Bununla belə, Əl-Sisi buna qarşı çıxıb və Qəzzada atəşkəsin əldə olunmasını “husiləri dayandırmağın ən yaxşı yolu” adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 30 Aprel 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















