Tramp İran kürdlərini İrana hücum etməyə təşviq edir “Reuters”
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq münaqişəsi genişləndikcə İraqdakı İran kürd qüvvələrini İrana qarşı hücumlar etməyə təşviq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “Reuters”ə müsahibəsi zamanı danışıb.
“Düşünürəm ki, bunu etmək istəmələri çox gözəldir, mən buna tam razıyam”, - Tramp İran kürd qüvvələrinin İrana girmə ehtimalı ilə bağlı danışarkən bildirib.
“Təhlükəsizlik mənbələri bildirib ki, cümə axşamı günü İranın iki pilotsuz təyyarəsi İraq Kürdüstanındakı İran müxalifət düşərgəsini hədəf alıb.
Məsələdən xəbərdar olan üç mənbəyə görə, İran kürd silahlı dəstələri son günlərdə ölkənin qərb hissəsindəki İran təhlükəsizlik qüvvələrinə hücum edib-etməmək və necə hücum etməmək barədə ABŞ ilə məsləhətləşmələr aparıblar.
İraq Kürdüstanının yarı-muxtar bölgəsində, İran-İraq sərhədində yerləşən İran kürd qruplaşmaları, ABŞ və İsrailin İran hədəflərini bomba və raketlərlə vurduğu bir vaxtda, ölkə ordusunu zəiflətmək ümidi ilə belə bir hücum təşkil etmək üçün təlim keçirib”, - nəşr yazır.
Bu mövzuda digər xəbərlər:Reuters: Tramp İrana zərbələri müvəqqəti dayandıra bilər
15 Noyabr 2026 02:24
“Reuters”: Tramp İrana zərbələri bərpa etməmək barədə düşünür
15 Noyabr 2026 00:35
Tramp İraq kürdlərini İrana qarşı silahlandırır İDDİA
05 Aprel 2026 22:37
İran Hörmüzdə ödənişdən imtina edir REUTERS
24 Sentyabr 2026 21:06
Reuters: Tramp impiçmentdən qorxur...
26 Yanvar 2026 19:34
Baxış sayı:152
Bu xəbər 06 Mart 2026 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















