“Reuters”: Tramp İrana zərbələri bərpa etməmək barədə düşünür
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Tehranın və ya Yəməndəki husilərin yeni təxribatlara əl atmadığı müddətdə İrana qarşı hərbi zərbələrin bərpa olunmaması ehtimalını müşavirləri ilə müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Tramp son günlər yüksək vəzifəli müşavirlərinə ABŞ qüvvələri Tehranın və ya onun dəstəklədiyi husilərin yeni təxribatları ilə üzləşməyəcəyi təqdirdə İrana zərbələr endirməkdən çəkinə biləcəyini deyib.
Agentlik qeyd edir ki, ABŞ lideri hələlik populyar olmayan bu münaqişəyə necə son qoyacağı ilə bağlı yekun qərar qəbul etməyib. Bununla yanaşı, Tramp regiondakı müttəfiq ölkələrin çağırışlarını nəzərə alır. Həmin ölkələrin nümayəndələri ondan genişmiqyaslı hərbi əməliyyatları bərpa etməməyi xahiş ediblər.
Noyabrın 12-də Tramp Səudiyyə Ərəbistanı da daxil olmaqla, bəzi Yaxın Şərq ölkələrinin müraciəti əsasında Vaşinqtonun İranla münaqişədə daha sərt addımlardan çəkindiyini bildirmişdi.
ABŞ dövlət katibi Marko Rubio isə noyabrın 13-də Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlara ehtiyac görmədiyini açıqlamışdı. Onun sözlərinə görə, ABŞ tərəfi İrana ciddi iqtisadi zərər vurulduğunu hesab edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 15 Noyabr 2026 00:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















