Tramp: İran razılaşmadan bir saat sonra gəmiyə hücum etdi
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İran nümayəndələrinin Vaşinqton üçün əlverişli razılaşmanı qəbul etdiklərini, lakin qısa müddət sonra Hörmüz boğazında gəmiyə pilotsuz uçuş aparatı ilə hücum etdiklərini iddia edib.
Bu barədə Donald Tramp "NBC News" telekanalına müsahibəsində danışıb.
ABŞ prezidentinin sözlərinə görə, İran tərəfi bir gün əvvəl Vaşinqton üçün ideal razılaşmanı qəbul edib və bütün şərtlərlə razılaşıb.
"Onlar dünən bizim üçün ideal razılaşmanı qəbul etdilər. Hər şeydə geri addım atdılar. Bundan sonra otaqdan çıxdılar və bir saat ərzində gəmiyə pilotsuz uçuş aparatı ilə hücum etdilər", - deyə Tramp bildirib.
O, bəhs etdiyi razılaşmanın təfərrüatlarını açıqlamayıb. Tramp bununla yanaşı, ABŞ-nin İrana ağır zərbələr endirdiyini iddia edib.
ABŞ Prezidenti həmçinin vurğulayıb ki, Hörmüz boğazı hazırda gəmiçilik üçün açıq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:212
Bu xəbər 12 İyul 2026 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















