Tramp İranla razılaşmadan imtina etdi
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp həmin vaxt atəşkəsi təqdir etməsinə baxmayaraq, İranla iyun ayında əldə edilmiş anlaşma memorandumundan imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
“(İyunda) Qısamüddətli atəşkəs elan etdik, amma mən bunu o qədər də istəmirdim”, - Amerika lideri bildirib.
Tramp bu razılaşmanı “vaxt itkisi” kimi qiymətləndirib. Bununla belə, qeyd edib: “Amma bilirsiniz, mütəxəssislərə qulaq asmaq daha yaxşıdır”.
Pakistanın vasitəçiliyi ilə əldə olunan razılaşma qısa müddət ərzində pozulub və İranın nüvə proqramı ilə bağlı danışıqların aparılması da daxil olmaqla, qarşıya qoyulan məqsədlərin heç birinə nail olmayıb.
Trampın son açıqlamaları isə razılaşmanı elan etdiyi vaxt səsləndirdiyi fikirlərlə kəskin ziddiyyət təşkil edir. O zaman Tramp bunu “dünya sülhü üçün möhtəşəm gün” adlandırmış və razılaşmanın “Yaxın Şərqdə yeni qızıl dövrün başlanğıcı” ola biləcəyini söyləmişdi.
Donald Trampın açıqlaması ABŞ rəsmilərinin İrandakı obyektlərə qarşı yeni hücumların yaxınlaşdığı barədə bəyanatları fonunda verilib. Hücumların noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra başlaya biləcəyi ehtimal edilir.
Tehran isə ABŞ və ya İsrailin istənilən hücumuna “gözlənilməz” cavab verəcəyi ilə hədələyib. İran mümkün hədəflərin dairəsini genişləndirərək, regiondakı yeni ABŞ hərbi bazalarını və digər obyektlərini, hətta sualtı internet kabellərini də hədəfə ala biləcəyini iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 27 Oktyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















