Tramp İrana çərşənbə axşamı, saat 20:00 a kimi vaxt verib
Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranı təhdid etməyə davam edir. Tramp bildirib ki, əgər Tehran hökuməti tez bir razılığa gəlməsə, İranda "hər şeyi partlatmağı və nefti ələ keçirməyi" düşünür. Bundan əlavə, Tramp İranla razılaşma üçün verdiyi tarixə işarə edərək yazıb: "Çərşənbə axşamı, saat 20:00 ET!"
Fox News-a verdiyi telefon müsahibəsində ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə edilməsə, ölkəyə hücum planlarından bəhs edib.
ABŞ və İran liderləri arasında razılaşma ehtimalını müzakirə edən hesabatda Trampın "Düşünürəm ki, sabah yaxşı şansımız var; danışıqlar davam edir" dediyi qeyd olunur. O, həmçinin razılaşmanın əldə olunmama ehtimalını da qeyd edərək bildirib ki, "Əgər onlar tez bir zamanda razılığa gəlməsələr, mən hər şeyi partlatmağı və nefti ələ keçirməyi düşünürəm. Ölkənin hər yerində körpülərin və elektrik stansiyalarının dağıdıldığını görəcəksiniz."
Hesabatda bildirilir ki, ABŞ prezidenti Tramp İranda küçələrə çıxan 45.000 müxalifət etirazçısının İran rəhbərliyi tərəfindən öldürüldüyünü və bu etirazçılara dəstək olaraq kürdlər vasitəsilə çatdırılan silahlar göndərdiyini və kürdlərin hələ də bu silahları saxladığına inandığını iddia edir.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 06 Aprel 2026 07:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















