Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00 a qədər...
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı irəli sürdüyü ultimatumun vaxtını növbəti dəfə dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə o, özünün “X” hesabında paylaşım edib.
Amerika lideri Tehran rejiminə Hörmüz boğazını tam açmaq və ya enerji infrastrukturunun məhv edilməsi ilə üzləşmək üçün çərşənbə axşamı, Şərq vaxtı ilə saat 20:00-a qədər vaxt verib.
“Çərşənbə axşamı, Şərq vaxtı ilə saat 20:00!”, – deyə Tramp qısa paylaşımında qeyd edib.
Xatırladaq ki, əvvəlki son tarix aprelin 6-sı, bazar ertəsi saat 20:00-da bitməli idi. Bu isə proses ərzində verilən növbəti uzadılmadır.
Məlumat üçün bildirək ki, martın 22-də ilkin olaraq 48 saatlıq vaxt verilmiş, daha sonra danışıqların gedişatına görə bu müddət əvvəlcə 5 gün, martın 26-da isə aprelin 6-na qədər daha 10 gün artırılmışdı.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 05 Aprel 2026 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















